İctimai Palata firqə maraqlı ilə idarə olunur? - RƏY
O ilk əvvəldən İctimai Palatanı məqbul saymayıb. Haradan bilə bilər ki, İctimai Palatada firqə maraqlı var?”
Bu sözləri Lent.az-a açıqlamasında Müsavat başqanın müavini Tofiq Yaqublu deyib. O, KAXCP sədri Mirmahmud Mirəlioğlunun İctimai Palatanı maraqları ilə idarə olunmasına dair səsləndirdiyi fikrə münasibət bildirərkən söyləyib.
T.Yaqublu bildirib ki, M.Mirəlioğlunu kütləvi aksiya keçirməyə çağırıb: “Alınmayacaqsa, bu o deməkdi ki, Mirmahmud bəy ümummilli maraqlardan çıxış eləmir? Firqə maraqları açıq ittihamdır. Bunu əsaslandırmaq lazımdır. O, konkret bir misal gətirə bilməz ki, İctimai Palatada AXCP və Müsavat arasında hər hansı bir ixtilaf olub”.
Müsavat funksioneri bəyan edib ki, İctimai Palatanın hakimiyyətdən tələbləri ilə KAXCP-nin tələblərinin üst-üstə düşmədiyinə inanmır: “Mirmahmud bəy İctimai Palataya gəlməməsini nəyləsə əsaslandırmağa çalışır, ancaq qətiyyən onunla razı deyiləm”.
AXCP sədrinin müavini Razi Nurullayev də deyib ki, o, İctimai Palatanın ünvanına səsləndirilən ittihamlarda heç bir məntiq görmür. O bəyan edib ki, kim İctimai Palata ilə bağlı ittiham səsləndirirsə, o, məntiqinə aydınlıq gətirməlidir: “Ümumi danışmaq Azərbaycan siyasətində bir bəlaya çevrilib. Heç kim ad çəkmək istəmir. Bu gün İctimai Palatanın ünvanına ittiham səsləndirmək, heç bir müxalifətçiyə xeyir gətirmir. Hesab edirəm ki, əslində, İctimai Palataya qoşulmayanlar, onun ünvanına ittiham səsləndirənlər özləri firqə maraqları ilə yaşayır, düşünürlər. Mirmahmud Mirəlioğlu da o cümlədən”.
Qeyd edək ki, KAXCP sədri Mirmahmdu Mirəlioğlu mətbuata müsahibəsində İctimai Palatanın firqə maraqları ilə idarə olunduğunu və orada ümummilli məsələlərin əsas götürülmədiyini bildirmişdi.
Anar GƏRAYLI

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29