“Şuşa- səssiz nalələr şəhəri”
10 may 2011 17:31 (UTC +04:00)

“Şuşa- səssiz nalələr şəhəri”

Mayın 8-də Berlin-Bakı Qalereyasında Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı ilə “Şuşa- səssiz nalələr şəhəri” adlı tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir Azərbaycan tarixinin və mədəniyyətinin incisi Şuşa şəhərinin Ermənistan tərəfindən işğal edilməsinin 19-cu ildönümünə həsr olunub.

Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin nümayəndələrinin də iştirak etdiyi tədbiri qalereyanın icraçı direktoru, rəssam İbrahim Əhrari giriş sözü ilə açıb. AAKM-nin icraçı direktoru Samira Patzer- İsmailova Şuşa şəhərinin tarixi barədə məlumat verib, Şuşa itkisinin Azərbaycan üçün sağalmaz bir yara olduğunu qeyd edib. O, Şuşanın dünya mədəni irsinin bir hissəsi olaraq qorunacağına ümid bəslədiyini söyləyib.

Tədbirin məruzəçisi Potsdam Universitetinin professoru, Vilfrid Furman “Şuşa - dağıdılmış mədəni irs” adlı çıxışında Şuşanın Azərbaycanın tarixində, onun mədəniyyətində oynadığı roldan söz açıb, Şuşanın bü gün işğal altında olmasını mədəni irsin toxunulmazlığına dair beynəlxalq hüquq normalarının pozulması faktı kimi qiymətləndirib. Məruzədən sonra AAKM-nin əməkdaşı Naibə Hantel yazıçı Elçinin “Bayraqdar” əsərini tədbir iştirakçılarına təqdim edib və əsərin alman dilinə tərcüməsindən parçalar oxuyub.

Tədbirdə Dağlıq Qarabağ münaqişəsindən əvvəl Şuşa şəhərinin tarixi abidələrini və yerlərini və müharibə nəticəsində dağıdılmış sonrakı Şuşanı əks etdirən “PowerPoint” təqdimat proqramı göstərilib. Eyni zamanda əslən Şuşadan olan musiqiçilərimizin əsərləri və musiqisi səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599

Oxşar yazılar