“Regionlardakı gənclər arasında könüllülərin hazırlanması və könüllü hərəkatının təbliği”
Azərbaycan Gənclər İttifaqı növbəti layihəsinin icrasına başlayıb. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Regionlardakı gənclər arasında könüllülərin hazırlanması və könüllü hərəkatının təbliği” adlı layihə Mingəçevir və Lənkəran şəhərlərini əhatə edəcək. Layihənin məqsədi Mingəçevir və Lənkəran şəhərlərinin yeniyetmə və gəncləri arasında könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsi, həmçinin bu bölgələrdə könüllük hərəkatının təbliğidir.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu şəhərlərin müxtəlif universitet, kollec və məktəblərində təhsil alan tələbə və yuxarı sinif şagirdləri üçün könüllülərin hazırlanması üzrə kurslara dinləyici seçiminin ilkin mərhələsi artıq həyata keçirilib.
Formalaşmış qruplarda könüllülük ilə əlaqədar olaraq kurslar keçiriləcək. Kurslarda “Könüllülük nədir?”, “Dünya praktikasında könüllülük”, “Nə üçün insanlar könüllü olmaq istəyirlər?”, “Könüllülüyün cəmiyyətə töhfəsi”, “Könüllü necə olmaq olar?”, “Könüllülüyün gələcək karyerada uğuru” kimi mövzulara toxunulacaq. Nəzəri hissədən əlavə, seçilən dinləyicilər üçün təlimlərdən sonra praktiki hissə də nəzərdə tutulub. Bu zaman onlar öz şəhərlərində bir sıra təşkilatlara gedəcək, orada işlərlə tanış olmaq və gələcəkdə könüllü kimi fəaliyyət göstərmək imkanı əldə edəcəklər.
Könüllülər qrupu həmçinin “Az danışaq, çox ağac əkək!” devizi altında ağac əkmək aksiyası keçirəcək.
Layihənin qarşıya qoyduğu vəzifələr qeyd edilən şəhərlərdəki universitet, kollec və məktəblərdə könüllülük hərəkatı barədə geniş məlumatların yayılması, könüllülər qruplarının formalaşması, könüllülük aksiyalarının təşkili, həmin qrupların yerli təşkilatlardakı fəaliyyətlə tanışlıq və onların işlərinə cəlb edilməsindən ibarətdir.
Layihə iyul ayında yekunlaşacaq.
Xəyalə

912