FHN-də Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd olunub
APA-nın xəbərinə görə, tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov çıxış edib. Nazir Heydər Əliyevin doğum gününün bütün azərbaycanlılar, o cümlədən FHN-in kollektivi tərəfindən qeyd olunduğunu deyib. K. Heydərov H. Əliyevin Azərbaycan tarixində böyü rolunun olduğunu bildirib. Nazir deyib ki, 1969-cu ildə H. Əliyev Azərbaycan rəhbərliyinə gələndən sonra yürütdüyü siyasət nəticəsində Azərbaycan keçmiş SSRİ-də ən qabaqcıl respublikalardan birinə çevrilib: “Bu, Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində mümkün olub. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkədə neft, kimya, inşaat və digər sahələr inkişaf edib”.
K.Heydərov H.Əliyevin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərdiyi 1990-93-cı illərdən də söz açıb, qeyd edib ki, Muxtar Respublikanın həmin illərdə Azərbaycanın
tərkibində qalması da onun xidmətləri sayəsində mümkün olub: “1993-cü ildə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev Azərbaycanda stabilliyi təmin edib. Hazırda Heydər Əliyevin uğurlu siyasəti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Bu gün Azərbaycan regionda ən inkişaf etmiş ölkə kimi tanınır. Qlobal maliyyə böhranı dövründə belə Azərbaycan iqtisadiyyatında müsbət dinamika müşahidə olunub”.
Azərbaycanda 2005-ci ildə Fövqəladə Hallar Nazirliyinin yaradıldığını qeyd edən nazir digər sahələrdə olduğu kimi, təhlükəsizlik sahəsində də inkişafa nail olunduğunu qeyd edib: “Hazırda FHN hətta xarici ölkələrə yardım göstərə bilən struktura çevrilib”.
Daha sonra tədbirdə YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxış edib. H. Əliyevin siyasi fəaliyyəti barədə danışan millət vəkili Azərbaycanın müstəqil dövlətə çevrilməsinin onun xidmətləri sayəsində mümkün olduğunu deyib: “Heydər Əliyevin yürütdüyü siyasət, bu siyasətin İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Qafqazın aparıcı ölkəsidir. Qafqazda ümumi daxili məhsulun 2/3-si Azərbaycanın payına düşür. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum, Bakı-Tiflis-Qars kimi böyük layihələr də bu siyasətin bəhrəsidir. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan regionda ən güclü orduya malikdir, ərzaq, enerji baxımından özünü təmin edir, iqtisadi potensialına görə regionda liderdir”.
M. Qurbanlı FHN-in gördüyü işləri yüksək qiymətləndirərək, ölkədə baş verən təbii fəlakət zamanı nazirliyin fədakarlıq nümayiş etdirdiyini vurğulayıb.

490