Rostovda yaşayan azərbaycanlılar Qələbə Gününü qeyd ediblər
Mayın 8-də Rusiya Federasiyası Rostov vilayətindəki ən böyük abidə olan “Sambek memorialı” önündə 9 May - faşizm üzərində qələbənin ildönümünə həsr olunmuş mitinq keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirin təşkilatçısı Taqanroq parlamentinin vitse-spikeri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Rostov bölməsinin rəhbəri Fuad İbrahimovdur. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı Rusiya Azərbaycanlıları Konqresinin Rostov regional təşkilatı və “Mir na Zemle” təşkilatının fəalları aksiyaya qatılıblar. Tədbirdə əbədi məşələ od vurulub, memorialın qarşısına çiçəklər qoyulub, Taqanroq şəhərini faşistlərdən azad etmiş, əsasən azərbaycanlılardan ibarət 130 və 416-cı diviziyaların əsgərlərinin ruhuna dua oxunub. Tədbirin sonunda Taqanroq və Rostov şəhərləri arasında Rusiya və Azərbaycan bayraqları dalğalandırılaraq avtoyürüş keçirilib.
Xatırladaq ki, Taqanroq şəhərindəki Şöhrət Memorialı 1980-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə açılıb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29