Ukraynada Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü qeyd edilib -
Lent.az-a verilən məlumata görə, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Nikolayev şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına elm və mədəniyyət mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə dünya azərbaycanlılarının milli məfkurə ətrafında birləşməsində mərhum prezidentin tarixi xidmətlərindən bəhs olunub.
Nikolayev şəhərində yaşayan bir sıra xalqların diaspora nümayəndələrinin qatıldığı tədbiri Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayət təşkilatının sədri Ələddin Məhərrəmov və Heydər Əliyev adına elm və mədəniyyət mərkəzinin sədr müavini Yunis Əliyev açaraq Heydər Əliyevin zəngin və şərəfli həyat yolundan söz açıblar. Əsirlər boyu dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın vahid məfkurə ətrafında birləşməsində Heydər Əliyevin əvəzolunmaz tarixi xidmətlərindən bəhs ediblər.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, birliyin Nikolayev təşkilatının sədri Xəyyam Dünyamalızadə və digər gənclər bu gün ölkəmizin dünyanın inkişaf etmiş dövlətləri arasında öz layiqli yerini tutmasını Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi kimi dəyərləndiriblər.
Avropa dialoq klubunun prezidenti Artyom Yakovlyev Azərbaycanla Ukraynanın tarixi dostluq əlaqələrinin inkişaf etdirilməsində Heydər Əliyev şəxsiyyətinin müstəsna rol oynadığını bildirib.
Sonra tədbir iştirakçılar üçün Azərbaycan və Ukrayna dövlət televiziyalarının birgə istehsalı olan “İnsanlara bağışlanan ömür” sənədli filmi nümayiş olunub.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07