Daxili İşlər Nazirliyində qələbənin 66-cı ildönümü qeyd olunub
Bu barədə Lent.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, mərasimi giriş sözü ilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov açaraq bütün tərəqqipərvər bəşəriyyətin faşizm üzərində qələbənin növbəti ildönümünü böyük təntənə ilə qeyd etdiyini bildirib, tarixi qələbənin qazanılmasında həmvətənlərimizin böyük fədakarlığından və qəhrəmanlığından danışıb. Yaxın keçmişimizə nəzər salan nazir məhz Heydər Əliyevin ali hakimiyyətə tarixi qayıdışından sonra faşizm üzərində qələbənin təntənəli şəkildə qeyd edildiyini, cəmiyyətin ən dəyərli üzvləri kimi veteranlarımıza diqqət və qayğının artırıldığını, 9 may Qələbə bayramının müstəqil Azərbaycanda dövlət səviyyəsində keçirilən bayramlar sırasına daxil olunduğunu vurğulayıb. Prezident İlham Əliyevin də Böyük Vətən müharibəsinin iştirakçılarına göstərdiyi diqqət və qayğını nəzərə çatdıran Ramil Usubov DİN rəhbərliyinin bu kateqoriyadan olanların ehtiyacları ilə hər zaman daim maraqlandığını, problemlərinin həllinə yardımçı olmağa çalışdığını deyib.
Daxili işlər naziri əlamətdar bayram münasibətilə müharibə veteranlarını və onların ailə üzvlərini təbrik edib. O, müharibə veteranlarının mənalı həyat yolunun və zəngin təcrübəsinin yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına hər zaman örnək olacağını, onların qəhrəmanlığının heç zaman unudulmayacağını bildirib.
R. Usubov son illər prezidentin rəhbərliyi ilə ordu quruculuğu, DİO-nun maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, əməkdaşlar və hərbi qulluqçular üçün normal iş şəraitinin yaradılması, xidməti fəaliyyətin ən müasir tələblər səviyyəsində qurulması istiqamətində böyük işlərin görüldüyünü də qeyd edib.
İstefada olan milis polkovnikləri Müseyib İlyasov və İsmayıl Qasımov Böyük Vətən müharibəsinin iştirakçıları olan daxili işlər orqanlarının veteranları adından çıxış edərək, bu görüşə və ümumilikdə veteranlara göstərilən diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib.

534