Arif Məmmədov: “Azərbaycan Xankəndinə təyyarə uçuşlarına yol verməyəcək”
Bu barədə APA-ya eksklüziv açıqlamasında Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının (ADMAA) direktoru Arif Məmmədov məlumat verib.
Azərbaycanın Xankəndinə uçacaq təyyarələrə qarşı müvafiq tədbirlər görəcəyinə dair bəyanatlarından sonra ermənilərin mayın 9-na planlaşdırılan uçuşları təxirə saldığını deyən A. Məmmədov bu bəyanatların qüvvədə qaldığını da vurğulayıb: «Bizim verdiyimiz bəyanatlar qüvvədə qalır. İstər yay mövsümündə olsun, istərsə də sonrakı aylarda, Xankəndinə uçuşlara yol verilməyəcək. Ora Azərbaycan ərazisidir və Bakının icazəsi olmadan Xankəndinə uçan təyyarələrə qarşı müvafiq tədbirlər görüləcək».
Qeyd edək ki, ermənilər işğal altında saxladıqları Azərbaycanın Xankəndi şəhərində aeroportu yenidən bərpa ediblər. Mayın 9-da İrəvandan Xankəndinə ilk uçuşlar planlaşdırılsa da, texniki səbəblər əsas gətirilərək uçuşlar təxirə salınıb. Azərbaycan tərəfi işğal altındakı ərazilərə istənilən uçuşların qarşısının alınacağını, hətta bunun üçün əraziyə uçan təyyarələrə qarşı fiziki məhvetmə tədbirləri görüləcəyini də bəyan edib.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53