Azərbaycanlılar Taqanroqda mitinq keçirdi -
09 may 2011 11:18 (UTC +04:00)

Azərbaycanlılar Taqanroqda mitinq keçirdi -

Lent.az-ın məlumatına görə, tədbiri Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) və “Mir na Zemle” millətlərarası təşkilatı təşkil edib.

Tədbirdə əbədi məşələ od vurulub, memorialın qarşısına çiçəklər qoyulub və Taqanroq şəhərini faşistlərdən azad etmiş, əsasən azərbaycanlılardan ibarət 130 və 416-cı diviziyaların əsgərlərinin ruhuna dua oxunub.

Mərasimin sonunda Taqanroq və Rostov şəhərləri arasında Rusiya və Azərbaycan bayraqlarını dalğalandıraraq avtoyürüş keçirilib. Avtoyürşün məqsədi Azərbaycan və Rusiya xalqlarını bir-birinə daha da yaxınlaşdırmaqdır.

Qeyd edək ki, Taqanroq şəhərindəki Şöhrət Memorialı 1980-ci ildə Heydər Əliyevin rəhbərliyi altında açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar