"Heç vaxt kiminsə sifarişi ilə çıxış etmirəm"-AÇIQLAMA
“Azərbaycan konstitusion quruluşuna görə dünyəvi dövlətdir, din təhsildən ayrıdır. Bunu piket keçirənlər də gözəl bilirlər. Onları buna təhrik edirlər, Azərbaycanda sabitliyi pozmaq istəyirlər. Əgər radikal müxalifət partiyaları hakimiyyətə gəlmək üçün ermənilərlə əməkdaşlıqdan çəkinmirlərsə, yaxud ermənidən pul almaq üçün Gürcüstana adam göndərirlərsə, o zaman onların dini faktorlardan da istifadə etməyə çalışmaları qətiyyən şübhə doğurmur”.
APA-nın məlumatına görə, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində deyib. O bildirib ki, təmsil etdiyi partiyadan başqa, heç bir siyasi qüvvənin radikallıq edən dindarların piketinə münasibət bildirməməsi mənfi haldır: “ Bir qrup fikirləşir ki, iqtidara qarşı olanlara qarşı olmaq doğru deyil. Ancaq yanılırlar, çünki bu aksiyalar dövlət quruluşuna qarşıdır. Bir başqaları dindar olduğu üçün bunu etmir. Digərləri isə ancaq vəzifə barədə düşünür və bu vəzifəni islam respublikasında da tutmağa hazırdırlar. Bizim partiya haqlıdır. Dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir. Bu məsələdə biz iqtidarın, o cümlədən hüquq-mühafizə orqanlarının prinsipial mövqeyini dəstəkləyirik”.
Q. Həsənquliyev Milli Məclisin son iclasındakı çıxışının müzakirə mövzusu olmasına da münasibət bildirib: “Mən həmişə çalışmışam ki, Milli Məclisdə xalqımızın maraqlarından çıxış edim. Təəssüf ki, bu çıxışlardan bəzən ayrı-ayrı siyasi qüvvələr öz korporativ maraqlarına uyğun istifadə etməyə çalışırlar. Məsələn, kimsə mənim TQDK-nın ünvanına söylədiyim tənqiddən, yaxud dövlət quruculuğu və hüquq komitəsinin iclasındakı çıxışımdan, həmçinin Naxçıvanla bağlı dediklərimdən narazı qalır, amma bunları yox, Neft Şirkəti barəsindəki tənqidi fikirlərimi qabardır”.
O, adının mətbuatda məmurlarla hallandırılmasının da əleyhinə olub: “Mən heç vaxt kiminsə sifarişi ilə çıxış etmirəm. Bunu yazanlar sifariş yerinə yetirirlər”.
Deputat Milli Məclisdə qanun layihələrinin müzakirəsi zamanı tənqidin olmasını normal hesab edib: “Bir müddət əvvəl YAP Siyasi Şurasının üzvü Siyavuş Novruzov Milli Məclisdə AZAL və Nəqliyyat Nazirliyi barədə kəskin tənqidi fikirlər söyləmişdi. Hansı motivlə deməsindən asılı olmayaraq, dedikləri doğru olduğu üçün mən Siyavuş Novruzovdan sonra çıxış edərək, onu dəstəklədim”.

663