Şuşa 19 ildir, erməni işğalı altındadır
Lent.az xəbər verir ki, şəhər 1992-ci il mayın 8-də erməni silahlı dəstələri tərəfindən işğal edilib. Şəhərin kütləvi şəkildə artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib. 11 min erməni əsgərinə çox az sayda azərbaycanlı müqavimət göstərib.
10 saatdan artıq davam edən döyüşlərdə 480 azərbaycanlı həlak olub, 1860 azərbaycanlı yaralanıb, 20 min nəfərdən çox adam öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.
289 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayırdı.
Şəhərin işğalı zamanı Azərbaycan xalqının mədəni və tarixi abidələri, dahi Üzeyir Hacıbəyovun, Natəvanın və Xan Şuşinskinin heykəlləri dağıdılıb, beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi erməni qəsbkarları tərəfindən məhv edilib.
Ermənilər Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

2364