«Gürcüstan Azərbaycanda iğtişaşları dəstəkləməz»
07 may 2011 18:27 (UTC +04:00)

«Gürcüstan Azərbaycanda iğtişaşları dəstəkləməz»

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov Gürcüstanın bəzi rəsmilərinin ABŞ-ın Bakıdakı səfirliyi ilə birlikdə Azərbaycanda iğtişaşlar törətmək cəhdləri ilə bağlı mətbuatda gedən yazıları da şərh edib: «İki ölkə arasında əlaqələrin korlanmasında maraqlı olan bu təxribatçı qruplar məqsədli şəkildə belə məlumatları irəli atır».


O bildirib ki, hazırda Cənubi Qafqazın əhəmiyyətli hərbi geostrateji mövqeləri, o cümlədən digər mexanizmləri Gürcüstanla Azərbaycanın əlində cəmləşib: «Həmçinin, Cənubi Qafqazda həlledici sosial siyasi münasibətləri Azərbaycan və onun tutduğu yol müəyyən edir. Bu ölkələrin birlikdə formalaşdırdığı müttəfiqlik münasibətləri şərq-qərb münasibətlərində bir geostrateji faktordur. Hökumət prezident İlham Əliyevin başçılığı ilə bu istiqamətdə zəruri tədbirlər həyata keçirir».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469

Oxşar yazılar