Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
07 may 2011 14:53 (UTC +04:00)

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, görüşdə cüdoçuların Bakıda keçirilən Qran-Pri turnirinə ölkəmizin ev sahibliyi etməsindən məmnunluq ifadə olunub, Azərbaycan cüdoçularının bu turnirdə yaxşı nəticələr əldə etdikləri vurğulanıb.


Görüşdə, həmçinin, Azərbyacanda idmana göstərilən dövlət qayğısından danışılıb, cüdoçuların Bakıda keçirilən Qran-Pri turnirinin önəmi qeyd edilib. Bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar