“Heydər Əliyev və Azərbaycanın müasir strategiyası”
Konfransdan əvvəl partiya rəhbərliyi, millət vəkilləri və ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. APA-nın məlumatına görə, konfransda çıxış edən YAP sədrinin müavini, icraçı katib Əli Əhmədov Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanda böyük layihələr həyata keçirildiyini deyib: “Heydər Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətinin müasirləşməsinə də ciddi təkan verib”.
Baş nazirin müavini Yaqub Eyyubov isə bildirib ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyən bir şəxs haqqında danışmaq çox məsuliyyətli işdir: “Bu haqda nə qədər də danışsaq da azdır”.
Y.Eyyubov H. Əliyevlə bağlı xatirələrini danışıb.
Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ümummilli liderin adının Azərbaycanın tarixində əbədi həkk olunduğunu söyləyib. O deyib ki, H.Əliyev 1993-cü ildə Azərbaycanda milli vətəndaş qarşıdurmasının qarşısını almaqla yanaşı, ölkənin iqtisadi inkişafı üçün də həyati əhəmiyyətli işlər görüb: “Azərbaycanın enerji resurslarını xarici bazarlara çıxara biləcəyinə şübhə ilə yanaşanların qarşısında Heydər Əliyevin iradəsi durmuşdu”. Onun sözlərinə görə, bu gün də Azərbaycanı öz geosiyasi maraqlarına uyğunlaşdırmaq istəyən qüvvələr var.
Milli Məclisin sədr müavini Bahar Muradova isə Azərbaycanın müstəqilliyinin əbədi olacağını vurğulayıb: “Azərbaycanın müstəqilliyini əlindən almaq istəyən cəhdlərin qarşısı alınır”.
B.Muradova qeyd edib ki, Heydər Əliyevin yaratdığı iqtisadi model bu gün uğurla həyata keçməkdədir.
Konfrans işini bölmələrdə davam etdirəcək.

Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35