Müsavatçı gəncin şikayəti təmin edilmədi
07 may 2011 11:11 (UTC +04:00)

Müsavatçı gəncin şikayəti təmin edilmədi

Lent.az xəbər verir ki, məhkəmədə Rüfət Hacıbəylinin həbs cəzasının ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı müraciətinə baxılıb. Hakim müdafiə tərəfinin bu barədə qaldırdığı vəsatəti təmin etməyib. R.Hacıbəylinin vəkili qərardan apelyasiya şikayəti veriləcəyini bildirib.


Xatırladaq ki, R.Hacıbəyli İctimai Palatanın aprelin 17-dəki mitinqində saxlanılaraq, 5 sutka həbs cəzası almışdı. Daha sonra isə onun barəsində İP-in 2 aprel mitinqi ilə bağlı cinayət işi açılıb və haqqında 2 aylıq həbs-qətimkan tədbiri seçilib. O, ictimai qayda pozmağa səbəb olan hərəkətləri təşkil etmə və ya bu hərəkətlərdə iştirak etməkdə ittiham olunur.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 490

Oxşar yazılar