Elmar Məmmədyarov Monteneqro prezidenti, baş naziri və spikeri ilə görüşüb
Xarici işlər Naziri Elmar Məmmədyarov mayın 5-də Monteneqroya rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Filip Vuyanoviç, baş nazir İqor Lukşiç, parlamentin sədri Ranko Krivokapiç və Bar şəhərinin meri Jarko Paviçeviç ilə görüşlər keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşlərdə Elmar Məmmədyarovun Monteneqroya səfərinin, eyni zamanda keçən il 26-27 noyabr tarixlərində Monteneqronun xarici işlər və Avropa inteqrasiyası naziri Milan Roçenin Azərbaycana səfərinin qarşılıqlı əlaqələrin inkişafı baxımından önəmli olduğu vurğulanıb.
Monteneqro prezidenti Filip Vuyanoviç Elmar Məmmədyarov ilə görüşdə dövlətinin bütün ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmətlə yanaşdığını söyləyib. Elmar Məmmədyarov Azərbaycan ilə Monteneqronun dost ölkələr olduğunu, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün də yaxşı imkanlar yarandığını qeyd edib. Xarici işlər naziri Azərbaycan ilə Monteneqro arasında əlaqələrin təkcə ikitərəfli müstəvidə deyil, eləcə də ölkələrimizin üzv olduğu beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirməyi vacib sayıb.

Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45