Zahid Oruc: “Erməni terrorçularının adı beynəlxalq siyahıya salınmalıdır”
Ancaq illərdir ölkəmizə terror həyata keçirən Ermənistan bu prosesdən kənarda qalıb və terrora qarşı mübarizədə prinsipiallıq göstərən dünya dövlətləri Ermənistanın terrorçuluğuna niyə eyni münasibəti göstərmirlər?”
Lent.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin mayın 6-da keçirilən iclasında Ana Vətən Partiyasının sədr müavinii Zahid Oruc deyib. O bildirib ki, Azərbaycan hər zaman istər milli, istər dini, istərsə də ərazi işğal etmək ideologiyası ilə terror həyata keçirilməsini pisləyib və beynəlxalq miqyasda bu məsələlərdə hər zaman öz töhfəsini verib. Ancaq özünə qarşı münasibətdə eyni həssaslığı görə bilmir: “Bin Ladeni məhv etmək üçün başqa ölkənin ərazisində əməliyyat keçirən qüvvələr bu haqqı Azərbaycana da şamil edirlərmi? Ərazi işğalı terror məsələsindən daha önəmli problemdir. Bizim ixtiyarımız var ki, eyni beynəlxalq koalisiyanın Azərbaycan üçün də fəaliyyət göstərməsi və beynəlxalq qanunvericiliyə əsasən, ərazi bütövlüyünün təmin edilməsinə imkan yaradılmasını tələb edək”.
Z.Oruc hesab edir ki, Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq qurumlara müraciət etməli və erməni terrorçularının adını beynəlxalq siyahılara saldırmalıdır: “Bu, dünyadakı terror təhlükəsinə zərbə olar”.
Anar GƏRAYLI

429