Parlamentdə Amnistiya təklif olundu
06 may 2011 12:57 (UTC +04:00)

Parlamentdə Amnistiya təklif olundu

Lent.az-ın məlumatına görə, təklifi millət vəkili İqbal Ağazadə çıxışında irəli sürüb. O qeyd edib ki, hazırda qanunun qəbul olunmasına ehtiyac var və onlarla ailə bunu gözləyir. İ.Ağazadə amnistiyanın 2 aprel mitinqlərində saxlanılan şəxslərə də şamil olunmasını xahiş edib. Millət vəkili həmçinin, dövlət büdcəsinin müzakirəsinə qədər “Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişiklərin qəbul edilməsini təklifini irəli sürüb: “Builki dövlət büdcəsində siyasi partiyaların maliyyələşməsi məsələsi də nəzərdə tutulsun”.

Millət vəkili Siyavuş Novruzov isə deyib ki, amnistiya heç bir ciddi cinayət törətmiş şəxsə şamil olunmamalıdır. “Əgər bu gün hansısa jurnalist, hansısa siyasətçi xarici dövlətdən maliyyələşərək, Vətəninə xəyanət edirsə, o, siyasi məhbus deyil, əsl cinayətkardır. Ona görə də onlar axıra kimi cəzalarını çəkməlidirlər”.
Mübariz Aslanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 951

Oxşar yazılar