Müdafiə Nazirliyi: “İsa Qəmbərin oğlu ordudan səhhətinə görə tərxis olunub”
Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbər ordu sıralarından tərxis olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin Lent.az-a verdiyi məlumata görə, İlkin Qəmbər xəstəliyi ilə əlaqədar Milli Ordunun sıralarından tərxis olunub.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü, ali təhsilli İlkin Qəmbər bu ilin yanvarında ordu sıralarına çağırılmışdı. Cəbhənin ön xəttində xidmət aparan əsgər bir müddət sonra xəstəliyi ilə əlaqədar hospitala yerləşdirilmişdi. Dünən isə “Yeni Musavat” İ.Qəmbərin ailəsinə istinadən onun ordudan tərxis olunması ilə bağlı məlumat yaymışdı.
Nizam RZA

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29