Prezidenti İlham Əliyev Sabirabad və Saatlı rayonlarına səfər edib
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Sabirabad rayonunun Qasımbəyli kəndində əsaslı təmir edilmiş Hilal Ənnağıyev adına tam orta məktəbin binası ilə tanış olub. Prezidentə məlumat verilib ki, ötən ilin mayında Kür çayının daşması ilə yaranan təbii fəlakət nəticəsində Qasımbəyli kəndinə böyük ziyan dəyib. Kəndin bütün infrastruktur dağılıb, kənd məktəbi də tamamilə yararsız vəziyyətə düşüb. Dövləti başçısının tapşırığına əsasən, məktəbin binası qısa müddətdə müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilib. Hazırda 246 şagird yeri olan binada təlim-tədris üçün bütün şərait yaradılıb, istilik sistemi qurulub, sinif otaqları zəruri avadanlıqla təchiz edilib.
Sabirabadın Yuxarı-Axtaçı kəndində 240 şagird yerlik orta məktəb binası tikilir. Ulacalı, Mürsəlli, Bala Həşimxanlı kənd orta məktəblərində əsaslı təmir işləri başa çatdırılmış, Əsgərbəyli və Muradbəyli kənd məktəblərində isə yenidənqurma işləri davam etdirilir. Prezident İlham Əliyev görülmüş işlərdən razı qaldığını bildirib. Prezident İlham Əliyev ötən ilin mayında Kür çayının daşması nəticəsində Sabirabad rayonunun Qasımbəyli kəndində evlərini itirmiş sakinlər üçün tikilmiş yeni mənzillərlə də tanış olub. Qasımbəyli kəndində 74 ev tikilib və onlardan 55-i artıq istifadəyə verilmişdir. Ümumilikdə isə Qasımbəyli də daxil olmaqla, Sabirabadın Yuxarı Axtaçı, Muradbəyli, Əsgərbəyli kəndlərində 169 fərdi ev tikilib. Bu evlərin 85-i artıq istifadədir. Dövlət başçısı Qasımbəyli kənd sakini Bəxtiyar Abışovun evində olub. Ev sahibləri göstərilən yüksək diqqət və qayğıya, onlar üçün inşa edilmiş geniş və yaraşıqlı evə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.
Prezident İlham Əliyev bu gün Saatlı rayonuna səfəri çərçivəsində Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib və yolun rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısının 2010-cu ildə imzaladığı sərəncama əsasən, yenidən qurulan yolun ümumi uzunluğu 17 kilometrdir. Rayonun səkkiz yaşayış məntəqəsini əhatə edən bu müasir yoldan 20 mindən artıq sakin istifadə edəcək. Yerli əhəmiyyətli Saatlı-Musalı-Məzrəli avtomobil yolunun istifadəyə verilməsi nəticəsində Saatlı və İmişli şəhərləri arasındakı məsafə 40 kilometrədək qısalıb. Yolun 14,6 kilometri Saatlı şəhər - Məzrəli kəndinin, 2,4 kilometri isə Musalı kəndinin ərazisinə düşür. Yola 16 santimetr qalınlığında asfalt örtüyü döşənib.

644