USAİD-in Azərbaycan üzrə yeni direktoru işə başladı
05 may 2011 17:38 (UTC +04:00)

USAİD-in Azərbaycan üzrə yeni direktoru işə başladı

USAID/Azərbaycan-dan Lent.az-a daxil olan məlumata görə, bu vəzifəyə təyin olunmazdan əvvəl o, 2009-cu ildən Qərbi Əfqanıstan üzrə Regional Platformanın direktoru olub. Bu vəzifədə o, USAID-in sabitlik və inkişaf proqramlarına nəzarət edib. 2005-2009-cu illərdə Qrin Peruda Alternativ İnkişaf Proqramının direktoru vəzifəsində çalışıb.

Həmçinin, M. Qrin Xorvatiyada Özəl Sektorun İnkişafı şöbəsinin rəhbəri, Dominikan Respublikasında icraçı baş müfəttiş, Boliviyada ofis rəhbərinin müavini, Banqladeşdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması proqramının koordinatoru və Ekvadorda Sahil Yenidənqurma Layihəsinin regional ofisinin rəhbəri işləyib.

Azərbaycan üzrə missiya rəhbəri kimi, Qrin USAID-in Azərbaycanın hərtərəfli, bazar iqtisadiyyatına əsaslanan demokratiyaya keçidini dəstəkləyən proqramlarına nəzarət edəcək. USAİD proqramları vətəndaşların işə cəlb olunması, yeni iş yerlərinin açılması, gəlirlərin artırılması, Azərbaycan xalqının sağlamlığı və həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Həmçinin, USAID/Azərbaycan bildirir ki, yeni missiya direktorunun gəlişi ilə əvvəllər USAID-in Tiflisdə yerləşən Qafqaz regional missiyasının bir hissəsi olan USAID/Azərbaycan tamamilə müstəqil missiyaya çevriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507

Oxşar yazılar