Brüsseldə Avropa İttifaqı ilə Avropa Şurasının birgə iclası keçiriləcək
05 may 2011 16:14 (UTC +04:00)

Brüsseldə Avropa İttifaqı ilə Avropa Şurasının birgə iclası keçiriləcək

Sabah Brusseldə Avropa İttifaqının (Aİ) « Şərq tərəfdaşlığı » proqramı çərçivəsində proqramda iştirak edən ölkələrin təmsilçilərinin iştirakı ilə Avropa Şurası ilə Aİ-nin birgə iclası keçiriləcək.

APA-nın Avropa bürosunun verdiyi məlumata görə, bu, Avropanın iki qurumu arasında “Şərq tərədaşlığı” proqramına dair ilk görüş olacaq.

Xatırladaq ki, iki təşkilat arasındakı əməkdaşlıq çərçivəsində “Şərq tərəfdaşlığı” proqramına 4 milyon avro ayrılması barədə sənəd ötən ilin dekabr ayında Strasburqda Avropa Şurasının baş katibi Tyorborn Yaqland və Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle arasında keçirilmiş görüşdə imzalanıb.

Avropa Komissiyası tərəfindən 30 ay müddətinə ayrılmış bu məbləğ AŞ-nın proqrama üzv olan ölkələrdə seçki normaları, məhkəmə sistemlərinin inkişafı, korrupsiya, yaxşı idarəçilik və kiber cinayətlərlə mübarizə sahələrində çoxtərəfli layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Bu görüşdə “Şərq tərəfdaşlığı” proqramına üzv olan ölkələrin hər birindən bir nəfərin iştirakı nəzərdə tutulur. Azərbaycan tərəfini bu iclasda Xarici İşlər Nazirliyinin nümayəndəsi Fərəh Acalova təmsil edəcək. Qeyd edək ki, bu layihə çərçivəsində 30 ay ərzində daha 2 görüşün keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar