BDU-da Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş məşğələ keçirilib
Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlcə Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb. Sonra tədbir böyük akt zalında davam edib. Rektor, akademik Abel Məhərrəmov Heydər Əliyevin tarixi xidmətlərindən danışıb, ölkə həyatında - siyasətində, iqtisadiyyatında, elm və təhsilində, digər sahələrdə həyata keçirdiyi islahatlardan bəhs edib.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov “Heydər Əliyevin geosiyasi təlimi: XXI əsrdə Azərbaycanın əsas geosiyasi vəzifələri və perspektivləri” adlı məruzə ilə çıxış edib. Natiq müstəqil dövlətimizin formalaşması, inkişafı və dünyada tanınmasında Heydər Əliyevin əvəzsiz rolundan söz açıb.
Daha sonra universitetin professorları Şahlar Əsgərov və İzzət Rüstəmov Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər. Tədbir BDU-nun xeyli sayda əməkdaşı və tələbəsinin YAP-a üzv qəbul olması ilə başa çatıb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29