Ümid Partiyasının Rəyasət Heyəti toplandı
Lent.az partiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda ölkənin ictimai siyasi durumu və beynəlxalq vəziyyət müzakirə olunub. Rəyasət Heyəti DSK-larda partiyanı təmsil edəcək nümayəndələrin növbəti imtahan tarixini müəyyənləşdirib, mayın 7-də keçirməyi qərarlaşdırıb. Ümid Partiyası Bakı Şəhər Təşkilatlarının Mərkəzi Qərargahda toplantısının keçirilməsini də nəzərdə tutub.
Həmçinin, Rəyasət Heyəti bələdiyyə üzvlərinin toplantısının keçirilməsi və konfrans keçiriləcək rayonlara səfərlərin təşkili barədə də qərar qəbul edib.
İclas cari məsələlərin müzakirəsi ilə davam etdirilib.

459