Azərbaycandan Böyük Britaniyaya gedənlər üçün viza rüsumu artırılıb
Bu gündən etibarən Azərbaycandan Böyük Britaniyaya səfər edənlər üçün viza rüsumunun miqdarı artırılıb.
APA-nın Bakıdakı Böyük Britaniya səfirliyindən əldə etdiyi məlumata görə, 5 may tarixindən başlayaraq bir sıra viza kateqoriyalarının ödəniş həcmi artırılıb. Bura uzun müddətli səfərlər, məskunlaşma, habelə points-based kimi tanınan səfər kateqoriyası daxildir. Qüvvəyə minən yeni qaydalara əsasən, qısa müddətli səfərlərə görə 103 manat viza rüsumu ödənildiyi halda, uzun müddətli səfərlər üçün viza rüsumu müddətdən asılı olaraq 360 manatdan 955 manata qədər olacaq.
İki illik səfər üçün 360, beş illik səfər üçün 661, on illik səfər üçün isə 955 manat viza rüsumu tələb olunur. Məskunlaşma vizasının dəyəri isə artıq 1102 manat təşkil edir. Viza rüsumlarının miqdarı Britaniya hökumətinin yeni tənzimləmə qaydaları çərçivəsində müəyyənləşib.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29