Azərbaycan Prezidenti Muğan bölgəsində səfərdədir
05 may 2011 12:46 (UTC +04:00)

Azərbaycan Prezidenti Muğan bölgəsində səfərdədir

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə məlumat verilib ki, hazırda rayonda abadlıq və quruculuq işlərinin növbəti mərhələsinə başlanıb.
Dövlət başçısı Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun 15 kilometrlik hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib. Qeyd edilib ki, Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədi ilə rayonun 7 min 400 təsərrüfatını əhatə edən və 33 min 500 nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən 68 kilometrlik Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolunun əsaslı surətdə yenidən qurulması üçün dövlət başçısının ötən ilin noyabrında imzaladığı Sərəncama əsasən Prezidentin Ehtiyat Fondundan maliyyə vəsaiti ayrılıb. Artıq bu yolun 15 kilometrlik Sabirabad-Qasımbəyli hissəsinin əsaslı bərpası və asfaltlanması işləri başa çatdırılıb. Hazırda yolun digər hissələrində yenidənqurma işləri davam etdirilir. Sabirabad rayonunun həyatında mühüm əhəmiyyətə malik olan bu yolun yenidən qurulması təbii fəlakətdən zərər çəkən əhalinin rahatlığını təmin etməyə və kəndlərarası avtomobil əlaqəsini daha da asanlaşdırmağa imkan verəcək.

Prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 654

Oxşar yazılar