Serbiya prezidenti: “Azərbaycanın Dağlıq Qarabağla bağlı ədalətli mövqeyini dəstəkləyirik”
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Serbiyanın dövlət başçısı 2010-cu ilin 12-13 may tarixlərində Azərbaycana rəsmi səfərini xatırlayaraq, iki prezident arasında dost və mehriban münasibətlərin mövcud olduğunu vurğulayıb. Bu ilin 8-9 iyun tarixlərində Azərbaycan prezidenti cənab İlham Əliyevi ölkəsində səfərdə görməkdən məmnun olacağını bildirən B. Tadiç səfərin ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.
B. Tadiç Serbiyanın Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğulayıb, eyni zamanda, Azərbaycan rəhbərliyinə Serbiyanı Kosovo məsələsində dəstəklədiyinə görə təşəkkürünü bildirib. Serbiya-Azərbaycan iqtisadi əlaqələrinə toxunan B.Tadiç, son bir ildə bu əlaqələrdə canlanma olmasına baxmayaraq, iki ölkənin potensialından tam istifadə edilmədiyini və yeni müstəviyə yüksəldilməsi üçün iki ölkə hökumətlərinin və əlaqədar qurumların üzərinə mühüm vəzifələr düşdüyünü bildirib.
Azərbaycanın mühüm geostrateji əhəmiyyətə və böyük enerji ehtiyatlarına malik olduğunu qeyd edən B.Tadiç Azərbaycanın özünün xarici siyasətində, həmçinin enerji sahəsində balanslı siyasət yeritdiyini, ölkəsinin bu sahədə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Öz növbəsində, E. Məmmədyarov Azərbaycanda siyasi, iqtisadi-sosial vəziyyət, aparılan demokratik islahatlar barədə ətraflı məlumat verib, ölkədə siyasi sabitliyin, iqtisadi inkişafın qorunub saxlanmasında prezident İ. Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin xalq tərəfindən tam dəstəkləndiyini qeyd edib. Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən bəhs edərək, 20% faizi işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasına dair BMT-nin dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini deyib, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə geniş məlumat verib. O, həmçinin münaqişənin sülh yolu ilə, yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı və beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində ədalətli həllinin vacibliyini bildirib.
Azərbaycan-Serbiya ikitərəfli münasibətlərinə toxunan nazir son illərdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinə baxmayaraq, bu sahədə əlaqələrin mövcud potensialdan aşağı olduğunu qeyd edib, əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.

402