Elmar Məmmədyarov Monteneqroda səfərdədir - FOTO
Azərbaycan XİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər zamanı 4 may 2011-ci il tarixində Elmar Məmmədyarov Monteneqronun xarici işlər və Avropa inteqrasiyası naziri Milan Roçen ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Monteneqro arasında qarşılıqlı ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunmuş, iqtisadi və turizm sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu qeyd edilib.
Elmar Məmmədyarov iqtisadi və turizm sahələri ilə yanaşı mədəniyyət, təhsil sahələrində də ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsinin, təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıb. Nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesi barədə həmkarına geniş məlumat verib.
Ölkəmizdə sürətli inkişafın əyani şahidi olduğunu qeyd edən M.Roçen Monteneqro ilə Azərbaycanın uğurlu əməkdaşlığına inandığını bildirib.
Tərəflər ölkələr arasında əlaqələrin və əməkdaşlıq sahələrinin artırılması üçün hüquq müqavilə bazasının genişləndirilməsi barədə razılığa gəliblər.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29