Serbiya Azərbaycanla azad ticarət haqqında saziş imzalamaq istəyir - FOTO
Serbiyada ikigünlük rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov mayın 4-də Serbiya prezidenti Boris Tadiç tərəfindən qəbul edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elmar Məmmədyarov Serbiya parlamentinin sədri Slavitsa Cukiç-Deyanoviç, baş nazir Mirko Tsvetkoviç, baş nazirin birinci müavini və daxili işlər naziri İvitsa Daçiç, əmək və sosial siyasət naziri Rasim Lyayiçlə də görüşüb.
Prezident Boris Tadiç görüş zamanı 12-13 may tarixlərində Azərbaycana rəsmi səfərini xatırladıb. O, Azərbaycan Prezidenti İlham Əliyevə böyük hörmət və ehtiram bəslədiyini və iki prezident arasında dost və mehriban münasibətlərin mövcud olduğunu xüsusi vurğulayıb. 8-9 iyun tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ölkəsində səfərdə görməkdən məmnun olacağını bildirən Boris Tadiç səfərin ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu dilə gətirib.
Görüş zamanı Bois Tadiç Serbiyanın Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğulayıb. Eyni zamanda, Azərbaycan rəhbərliyinə Serbiyanı Kosovo məsələsində dəstəklədiyinə görə təşəkkürünü çatdırıb.
Serbiya-Azərbaycan iqtisadi əlaqələrinə toxunan Bois Tadiç son bir ildə bu əlaqələrdə canlanma olmasına baxmayaraq, iki ölkənin potensialından tam istifadə edilmədiyini və yeni müstəviyə yüksəldilməsi üçün iki ölkə hökumətlərinin və əlaqədar qurumların üzərinə mühüm vəzifələr düşdüyünü söyləyib. Azərbaycanın mühüm geostrateji əhəmiyyətə və böyük enerji ehtiyatlarına malik olduğunu qeyd edən Boris Tadiç ölkəmizin xarici siyasətində və həmçinin enerji sahəsində balanslı siyasət yeritdiyini və Serbiyanın bu sahədə Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Elmar Məmmədyarov Boris Tadiçə Azərbaycanda siyasi, iqtisadi-sosial vəziyyət, aparılan demokratik islahatlar barədə ətraflı məlumat verib, ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişafın qorunub saxlanmasında Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin xalq tərəfindən tam dəstəkləndiyini dilə gətirib. Elmar Məmmədyarov Azərbaycana qarşı təcavüzkar siyasətindən bəhs edərək, 20% faizi işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasına dair BMT-nin dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə danışıb.
O, Azərbaycanın münaqişənin sülh yolu ilə, yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı və beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində ədalətli həllinin vacib olduğunu söyləyib. Elmar Məmmədyarov Azərbaycan-Serbiya ikitərəfli münasibətlərinə toxunaraq, son illərdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinə baxmayaraq, bu sahədə əlaqələrin mövcud potensialdan aşağı olduğunu qeyd edib, əməkdaşlığın inkişafı üçün böyük potensialın mövcud olduğunu bildirib.
Serbiya Parlamentinin sədri S Slavitsa Cukiç-Deyanoviçlə görüşdə Elmar Məmmədyarov Azərbaycanda siyasi, iqtisadi-sosial vəziyyət, həyata keçirilən demokratik islahatlar, ölkəmizdə siyasi sabitlik, iqtisadi inkişaf və Azərbaycan Parlamentinin, o cümlədən Milli Məclisdə Azərbaycan-Serbiya parlamentlərarası dostluq qrupunun fəaliyyəti barədə ətraflı məlumat verib. O, parlamentlərarası əlaqələrin genişləndirilməsi məqsədilə parlament rəhbərləri, dostluq qrupları və deputatların qarşılıqlı səfərlərinin həyata keçirilməsini əhəmiyyətli sayıb.
Slavitsa Cukiç-Deyanoviç Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb. Eyni zamanda, Azərbaycan rəhbərliyinə Serbiyanı Kosovo məsələsində dəstəklədiyinə görə təşəkkürünü çatdırıb.
Serbiya Respublikasının baş naziri Mirko Tsvetkoviç Elmar Məmmədyarov görüş zamanı Azərbaycan şirkətlərini Serbiya iqtisadiyyatına sərmayə yatırmağa dəvət edib. O, ölkəsinin Rusiya, Qazaxıstan Ukrayna, Belarus, Türkiyə kimi ölkələrlə azad ticarət haqqında sazişlər imzaladığını xatırladıb və Azərbaycanla da belə bir əməkdaşlığı və sənədin imzalanmasını arzu etdiklərini söyləyib. Elmar Məmmədyarov da Serbiya ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib.
Serbiya Respublikası Baş nazirinin birinci müavini və daxili işlər naziri İ.Daçiçlə görüşdə Elmar Məmmədyarov Azərbaycan və Serbiyanın qarşılıqlı olaraq, ölkələrimizin üzləşdiyi problemlər, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi və Kosovo problemi ilə bağlı bir-birilərinin mövqeyini dəstəklədiklərindən məmnun qaldığını, bu istiqamətdə birgə səylərin artırılmasının vacib olduğunu söyləyib. İ.Daçiç ölkəsi ilə Azərbaycan arasında vətəndaşların vizasız hərəkəti, həmçinin Fövqəladə halların aradan qaldırılması haqqında sazişlər imzalamaq arzusunda olduğunu dilə gətirib.
Elmar Məmmədyarov növbəti görüşü Serbiyanın müsəlman icmasının liderlərindən biri, Serbiya Sosial-Demokrat Partiyasının sədri, ölkə parlamentində Serbiyanın müsəlman icmasının məskunlaşdığı Sancak bölgəsinin təmsilçisi, Serbiya Respublikasının Əmək və Sosial Siyasət Naziri cənab Rasim Lyayiçlə olub. Rasim Lyayiç keçmiş Yuqoslaviya ərazisində müharibə zamanı öz yerlərindən didərgin düşərək, Voyevodina diyarının mərkəzi Novi Sad şəhəri ərazisində məskunlaşan serb qaçqınlara, həmçinin Belqrad şəhərində yerləşən Körpə, uşaq və yeniyetmələrin rifahı Fondu nəzdində fəaliyyət göstərən kimsəsiz ana və uşaq stasionarına göstərilmiş humanitar yardımlara görə Azərbaycan dövlətinə, hökumətinə, Heydər Əliyev Fonduna və ölkə rəhbərliyinə minnətdarlığını bildirdi, bu addımın Serbiya hökuməti tərəfindən yüksək dəyərləndirildiyini qeyd etmiş və təşəkkürünü bildirib. O, ölkəsinin Azərbaycanla enerji, əmək şəraitinin yaxşılaşdırılması, turizm, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu ifadə edərək, sözügedən sahələrdə əməkdaşlıq haqqında sazişlər imzalanması təklifi ilə çıxış edib.
Elmar Məmmədyarovun keçirdiyi bütün görüşlərdə Serbiya tərəfi Azərbaycan hökuməti tərəfindən Belqraddakı “Taşmaydan parkı”nın abadlaşdırılmasına görə Azərbaycan dövlətinə hökumətinə və rəhbərliyinə təşəkkürünü bildirmiş, bu layihənin iki ölkə arasında dostluq rəmzinin bariz nümunəsi olduğunu vurğulayıb və xalqlarımızın daha da yaxınlaşmasına xidmət edəc əyini bildirib.
Həmin gün Elmar Məmmədyarov keçmiş Yuqoslaviya lideri İosip Broz Titonun mavzoleyini ziyarət edib. O, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyinə gələrək, əəfirliyin kollektivi, Serbiyadakı Azərbaycan diasporunun nümayəndələri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzi və Serbiya-Azərbaycan iqtisadi-ticarət Palatasının üzvləri ilə görüşüb.
Serbiyaya ikigünlük rəsmi səfərini başa vurduqdan sonra Elmar Məmmədyarov Belqraddan Monteneqronun paytaxtı Podqoritsaya yola düşüb.

531