Elmar Məmmədyarov Serbiyada səfərdədir - FOTO
Lent.az-ın Azərbaycan XİN mətbuat xidmətinə istinadən məlumatına görə, səfər çərçivəsində dünən E.Məmmədyarovun və serbiyalı həmkarı Vuk Yeremiçin iştirakı ilə Serbiya XİN-in binasında yaradılmış Azərbaycan salonunun açılış mərasimi keçirilib.
Açılış mərasimindən sonra E.Məmmədyarov Serbiya xarici işlər naziri ilə əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan salonunda geniş tərkibdə görüş keçirib.
Görüşün əvvəlində V.Yeremiç E.Məmmədyarovu salamlayaraq, 2009-cu ildə özünün, 2010-cu ildə isə Serbiya Respublikasının prezidenti B.Tadiçin Azərbaycana səfəri ilə əlaqədar Azərbaycanda olduğunu və ölkəmizdən xoş təəssüratlarla ayrıldığını bildirib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanı dəstəklədiklərinə görə Serbiya rəhbərliyinə və V.Yeremiçə təşəkkür edib və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi və son durum haqqında həmkarını məlumatlandırıb. Eyni zamanda, o, Azərbaycanın hazırda Serbiyanın bir nömrəli problemi olan Kosovo məsələsi ilə bağlı məlum mövqeyini bir daha təkrarlayıb.
V.Yeremiç Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində Serbiya rəhbərliyinin siyasi xətti və qəti mövqeyi olduğunu bildirərək, Kosovo məsələsi ilə bağlı Azərbaycanın həm ikitərəfli görüşlərdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində Serbiyanın mövqeyini birmənalı şəkildə dəstəklədiyinə görə Azərbaycan dövləti və hökumətinə minnətdarlığını ifadə edib.
Görüşdə iki ölkə arasında bütün istiqamətlərdə hərtərəfli əlaqələrin inkişafı üçün böyük potensialın olduğu qeyd edilib. Həmçinin, Azərbaycan prezidenti İlham Əliyevin bu il iyunun 8-9-da Serbiyaya nəzərdə tutulan səfəri və səfər zamanı müqavilə-hüquq bazasının genişləndirilməsi, iqtisadi, ticarət, turizm və mədəniyyət sahəsində, eləcə də XİN-lər arasında, beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi və möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Görüşdən sonra iki ölkənin xarici işlər nazirləri Serbiya KİV-i qarşısında qısa bəyanatla çıxış ediblər.
Mayın 3-də nazir E.Məmmədyarov Belqrad şəhərinin meri, hakim Demokratik Partiyanın sədr müavini Draqan Cilasla da görüşüb. Görüş zamanı D.Cilas Azərbaycanla Serbiya arasında münasibətlərin dinamik inkişaf etdiyini, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin getdikcə genişləndiyini qeyd edib. D.Cilas Azərbaycan rəhbərliyinə onu Bakıya dəvət etdiyinə görə dərin minnətdarlığını bildirərək, Bakıya məmnuniyyətlə səfər edəcəyini bəyan edib. O, həmçinin, Azərbaycan səfirliyi tərəfindən Serbiyada həyata keçirilən humanitar layihələrə, həmçinin Belqrad sakinlərinin ən sevimli istirahət yerlərindən biri olan “Taşmaydan parkı”nın bərpa və abadlaşdırılması layihəsi ilə bağlı Azərbaycan rəhbərliyinə və hökumətinə minnətdarlıq edib.
E.Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafından məmnun qaldığını bildirərək, 2009-cu ildə serbiyalı həmkarı V.Yeremiç, 2010-cu ilin 12-13 may tarixlərində isə Serbiyanın Boris Tadiçin Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin genişləndirilməsi üçün zəmin yaratdığını, Azərbaycan prezidenti İlham Əliyevin iyun ayında baş tutacaq səfərinin ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyinə əmin olduğunu qeyd edib. Nazir “Taşmaydan parkı”nın abadlaşdırılması və orada Heydər Əliyevin və serb yazıçısı Milorad Paviçin heykəllərinin ucaldılması, Novi Sad şəhərində isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün qoyulması ilə bu tarixi şəxsiyyətlərin Serbiyada xatirələrinin əbədiləşdirilməsinin xalqlar arasında mövcud olan dostluq münasibətlərinin təzahürü olduğunu vurğulayıb.
Sonra E.Məmmədyarov Belqrad şəhərinin baş memarı və merin müavini, Azərbaycan tərəfindən “Taşmaydan parkı”nın yenidən qurulması və abadlaşdırılması layihəsinin müəllifi memar Eldar Hüseynovun iştirakı ilə parkda abadlaşdırma işlərinin gedişatı ilə tanış olub.

732