İctimai Palata Ukrayna Meydanında mitinq keçirərmi? - SORĞU
Bu sözləri Lent.az-a açıqlamasında İctimai Palataya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Razi Nurullayev deyib. O, YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevin müxalifətə mitinq yeri üçün Ukrayna Meydanının belə veriləcəyi halda, oradan imtina ediləcəyi barədə fikirlərinə münasibət bildirərkən belə söyləyib.
Ukrayna meydanının son vəziyyəti ilə tanış olmadığını bildirən R. Nurullayevin sözlərinə görə, müxalifətə bura təklif ediləcəyi halda, mitinq üzrə monitorinq qrupu meydanın əlverişliliyini yoxladıqdan sonra bu barədə yekun fikir söyləyə bilər.
İctimai Palataya daxil olan Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə bildirib ki, hakimiyyət müxalifətə Ukrayna meydanını təklif edərsə, onlar bu məsələni müzakirə etməyə hazırdırlar: “Bizə Bayıl istisna olmaqla, münasib yer təklif ediləcəyi halda, biz bu barədə müzakirə aparıb qərar verə bilərik”.
Müxalifətə Ukrayna Meydanının təklif edilməyəcəyinə inandığını deyən G.Aslanlı onu da qeyd edib ki, müxalifətin şəhərin mərkəzində aksiya keçirməkdə məqsədi heç də qarışlıq yaratmaq deyil: “Biz Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı yerlərdən birində dinc aksiyalarımız keçirmək istəyirik”.
Anar GƏRAYLI

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29