Müsavat mitinq tələbində israr edir
“Mən mövqeyimi İctimai Palatanın sessiyasındakı çıxışda da bildirdim. Müsavat Gənclər təşkilatının tələbi budur ki, mitinqlər təxirə salınmadan, ən gec mayın 15-ə qədər keçirilməlidir. İP-in sessiyasında iştirak edən müsavatçıların hamısının istəyi belədir”.
Bunu Lent.az-a açıqlamasında Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı deyib. O bildirib ki, Müsavat Partiyasının İP-dəki məramı qurumun bütövlüyünü qorumaqdır. Ancaq Müsavat üzvlərinin əsas məqsədi mitinqlərin təxirə salınmadan davam etdirilməsidir.
“Biz Müsavat Gənclər Təşkilatı adından Koordinasiya Şurasına təqdim edilmək üçün Müsavat başqanı İsa Qəmbərə müraciət qəbul etmişik. Həmin müraciətdə də bildirmişik ki, mayın 15-ə mitinq təyin edilməsi ilə bağlı qərar qəbul edilsin. Müraciətimizdə tələb ondan ibarətdir ki, İctimai Palatanın təcili sessiyası çağırılsın və mayın 15-i və ya 17-ə mitinq təyin edilsin”.
Bu gün Koordinasiya Şurasının iclasının keçirildiyini bəyan edən S.Soltanlı qurumun üzvlərinin onların müraciətinə müsbət cavab verəcəyinə ümid etdiklərini bildirib: “Bizim Koordinasiya Şurasına etdiyimiz müraciət təkcə Gənclər təşkilatın deyil, həm də bir çox rayon təşkilatı və Qadınlar Şurasının ümumi fikridir”.
Anar

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29