Konqresmenlər Azərbaycan səfərinin yekunu ilə bağlı bəyanat veriblər
ABŞ Konqresinin nümayəndə heyəti Çexiya, Azərbaycan, Gürcüstan və Əfqanıstana bir həftəlik səfərinin nəticələri ilə bağlı bəyanat yayılıb. APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, Konqresin Azərbaycan və Gürcüstan üzrə işçi qruplarının sədri, respublikaçı konqresmen Bill Şuster (Bill Shuster) və demokrat Kris Mörfinin (Chris Murphy) rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Şon Daffi (Sean Duffy), Adam Kintsinger (Adam Kinzinger), Sidrik Riçmond (Cedric Richmond) və Con Ranyan (John Runyan) daxildir.
“Mən nümayəndə heyətinin Çexiya, Azərbaycan, Gürcüstan və Əfqanıstana səfərini təşkil edə bildiyimə görə çox şadam”. Bu fikirlər Bill Şusterin yaydığı bəyanatda əks olunub. “Konqresin Azərbaycan və Gürcüstan üzrə işçi qruplarının sədri kimi mən uzun müddət bizim ölkələr arasında daha yaxın münasibətlərin qurulmasını təbliğ etmişəm və bu səfər mənim nümayəndə heyətində olan yeni həmkarlarımı Azərbaycan və Gürcüstandakı mühüm strateji müttəfiqlərimizə təqdim etmək üçün gözəl imkan oldu”.
Konqresmen Kris Mörfi bildirib ki, konqresmenlərin Çexiya, Azərbaycan, Gürcüstan və Əfqanıstana səfərinə yardımçı olmaq böyük şərəfdir: “Bu ölkələrlə körpü yaratmaq imkanı bizim milli təhlükəsizliyimiz, həmçinin iqtisadi potensialımız üçün həlledicidir”.
Qeyd edək ki, nümayəndə heyəti səfərə Praqadan başlayıb. Praqada onlar Çexiya hökumətinin üzvləri ilə görüşüb, müdafiə sahəsində siyasəti müzakirə ediblər. Bundan sonra nümayəndə heyəti Bakıya səfər edib. Heyət Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb, regional təhlükəsizlik, ölkədə fəaliyyət göstərən demokratik institutların gücləndirilməsi yollarını müzakirə ediblər.
Sonra Konqresin nümayəndə heyəti Əfqanıstana səfər edib. Burada onlar yüksək səviyyəli hərbi və mülki komandanlarla, o cümlədən general Devid Petreus (David Petraeus) və səfir Karl Eykenberri (Karl Eikenberry) ilə görüşüblər. Görüşdə təhlükəsizliklə bağlı vəziyyət və Taliban və “Əl-Qaidə”yə qarşı mübarizə strategiyası müzakirə olunub. Şuster həmçinin Birgə Xüsusi Əməliyyatlar Komandanlığının rəhbəri, ABŞ Xüsusi Təyinatlı Qüvvələr Komandanlığının gələcək rəhbəri Vitse-Admiral Uilliam MakReyvenlə görüşüb.
Nümayəndə heyəti koalisiya qüvvələri tərəfindən kəndlərdə sabitliyi bərpa etmək üçün keçirilən əməliyyatlar, general Petreusun strategiyasının əsas prioritetləri ilə tanış olublar.
“Bizim strategiyanı həyata keçirən hərbi və mülki komandanlarla, həmçinin əsgərlərlə görüşümüz çox vacib idi”, - deyə Şuster bildirib.
“Biz yaz əməliyyatlarına başlayırıq, bu zaman Əfqanıstanda döyüşlər daha intensiv olur. Biz Əfqanıstandakı missiyamızın təhlükəsizliyimiz üçün nə qədər vacib olduğunu nəzərdən qaçırmamalıyıq və əmin olmalıyıq ki, bizim komandanlar və əsgərlər öz xidmətlərinin öhdəsindən gəlir və lazımi avadanlıq və təlim vasitələri ilə təchiz olunurlar”.
“Mənim fikrimcə, siyasəti quranlar hər gün milli siyasətin həyata keçirilməsi ilə əlaqədar olan adamları dinləməlidirlər”, deyə Mörfi bildirib. “Əfqanıstandakı qoşunlarımız, diplomatlarımız və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər mənə onların üzləşdiyi problemləri öyrənməyə və bizim regiondakı fəaliyyətimizin faydasını və qiymətini dəyərləndirməyə kömək etdi. Bu səfər növbəti çətin addımları işləyib hazırlamaq üçün də dəyərlidir”.
“Biz ötən həftə Kabil hava limanında həlak olan səkkiz Amerika əsgərin, həmçinin əslən Viskonsindən olan daha bir hərbçinin anım mərasimlərində iştirak etdik və bundan şərəf duyduq. Bu, həm də bizim üçün ibrət dərsi idi. Onlar xidmətləri və qurbanları ilə əsil Amerika qəhrəmanlığının və şöhrətinin mücəssəməsidirlər”. Respublikaçı Şon Daffi belə deyib.
“Son günlər mən Əfqanıstanın azadlığı və dövlətimizin təhlükəsizliyi uğrunda vuruşan vətəndaşlarımızla bir sıra görüşlər keçirmişəm”, deyə respublikaçı Adam Kintsinger bildirib: “Mən əsgərlərin üzləşdiyi çətinlikləri gördüm və onların mətinliyinə heyran oldum. Mən demokratiyanın müdafiəsinə və Əfqanıstanda azadlıq və təhlükəsizlik uğrunda mübarizəyə tərəfdaram”.
“Diplomatik və hərbi missiyamızın sonunda öyrəndim ki, Üsamə bin Laden öldürülüb. Bu, dünyanın terrorizmlə mübarizəsində tarixi bir andır. Görüşlər zamanı biz bir daha əmin olduq ki, Konqres nümayəndələrinin bu cür səfərlər təşkil etməsi vacibdir. Məni bu səfərə dəvət etdikləri üçün konqresmenlər Mörfi və Şusterə minnətdaram”. Bu fikirləri isə Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsinin üzvü, respublikaçı Sidrik Riçmonda məxsusdur.
“Çexiya Respublikası, Azərbaycan, Gürcüstan və Əfqanıstanla diplomatik əlaqələri inkişaf etdirmək vacibdir və bu missiyada iştirakımla fəxr edirəm. Əfqanıstanda növbəti addımlarımızı müəyyənləşdirmək üçün burada xidmət edən vətəndaşlarımız barədə məlumat almaq çox vacibdir. Əsgərlərimizlə, o cümlədən əslən Luizianadan olan hərbçilərimizlə söhbət edərkən onlara daim dəstək olacağımızı bildirdik”.
Respublikaçı Con Ranyan da hörbçilərlə görüşdən şərəf duyduğunu dilə gətirib: “Hərbçilərimizlə görüşlərdən şərəf duydum. Onlar həyatlarını təhlükəyə ataraq, dövlətimizin çağırışına cavab veriblər. Onların yaxınları və doğmaları da çox böyük qurbanlar verirlər. Onların xidmətini dəyərləndirmək üçün söz bəs etmir. Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü kimi bu səfərin mənim üçün böyük əhəmiyyəti oldu. Qoşunlarımızın şəxsi heyəti, onların nailiyyətləri və səyləri barədə məlumat aldıq”.
Nümayəndə heyətinin son dayanacağı Gürcüstanda olub. Konqresmenlər Gürcüstanın Rusiya ilə sərhədində olub və prezident Mixail Saakaşvili ilə görüşüblər.

554