
İslam Partiyası qərar verdi
Partiyanın sədr əvəzi Elçin Manafovun Lent.az-a verdiyi məlumata görə, Baş Məclisin toplantısı mayın 8-də keçiriləcək. Onun sözlərinə görə, toplantının bu günə salınmasında xüsusi bir məqsəd var: “Biz bütün toplantılarımızı əlamətdar günlərdə keçirməyə çalışırıq. Mayın 8-i Şuşanın işğalının növbəti ildönümü olduğu üçün toplantımızı bu tarixdə keçirmək qərarına gəldik. Biz hər zaman bəyan etmişik ki, xalqımızın ən ağrılı problemi Qarabağ problemidir və partiyamız öz fəaliyyətini daim bu istiqamətdə davam etdirib”.
Baş Məclisin toplantısında Şuşanın işğal günü ilə bağlı da anım mərasimi keçirəcəklərini bəyan edən E.Manafov toplantıdan sonra Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin ruhu qarşısında baş əyəcəklərini bildirib.
Anar
Baş Məclisin toplantısında Şuşanın işğal günü ilə bağlı da anım mərasimi keçirəcəklərini bəyan edən E.Manafov toplantıdan sonra Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin ruhu qarşısında baş əyəcəklərini bildirib.
Anar
Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29