Azərbaycan İsveçrəyə nota verdi
Xarici İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, sərgidə Ermənistan şərəf qonağı qismində iştirak edir və mayın 2-də Ermənistanın prezidenti də sözügedən sərgini ziyarət edəcək.
Qeyd edək ki, aprelin 29-da sərginin açılışı zamanı məlum olmuşdu ki, Ermənistana aid stendlərdə ölkəmizin ərazi bütövlüyünü təhrif edən materiallar nümayiş etdirilir. Bununla bağlı, Səfirlik tərəfindən dərhal İsveçrənin Xarici İşlər Federal Departamentinə və sərginin təşkilatçılarına məlumat verilərək, Azərbaycan dövlətinin narahatçılığı və etirazı ifadə edilib.
Bununla yanaşı, səfir M.Nəcəfbəyli tərəfindən sərginin təşkili üzrə məsul qurumun rəhbərləri Bernard Quiot və Adeline Beaux ilə görüş keçirilərək, ölkəmizin narahatçılığı qarşı tərəfin diqqətinə çatdırılıb. Həmin materiallarda həqiqətə uyğun olmayan məqamların sərgidən çıxarılması tələb edilib.
Həmçinin, Səfirlik tərəfindən İsveçrənin Xarici İşlər Departamentinə etiraz notası ünvanlanaraq, bu etirazın mahiyyəti izah edilib və məsələ ilə bağlı İsveçrə tərəfindən müvafiq tədbirlərin görülməsinin təmin edilməsi xahiş edilib.

509