Kəmaləddin Heydərov Koreya Respublikasında rəsmi səfərdə olub
30 aprel 2011 13:11 (UTC +04:00)

Kəmaləddin Heydərov Koreya Respublikasında rəsmi səfərdə olub

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti 28-29 aprel tarixlərində Koreya Respublikasının Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin rəhbəri Park Yeon Sunun dəvəti ilə həmin ölkədə rəsmi səfərdə olub. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində Park Yeon Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə hər iki qurum arasındakı mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi barəsində müzakirələr aparılıb. Eyni zamanda 23 aprel 2007-ci il tarixində Seul şəhərində imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikası Fövqəladə Halların İdarə olunması Milli Agentliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun müddəalarının yerinə yetirilməsi məsələləri nəzərdən keçirilib.

Səfər çərçivəsində Koreya Respublikası Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə də tanışlıq olub. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində müxtəlif avadanlıqların istehsalı ilə məşğul olan bir sıra Koreya şirkətlərinin nümayəndələri ilə də görüş keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751

Oxşar yazılar