“Qardaşlar arasında bəzən kiçik problemlər ola bilər”
Mustafa Kabakçı: “Qarabağ məsələsində irəliləyiş olmasa, Türkiyə parlamenti Ermənistanla imzalanmış protokolları təsdiqləməyəcək”
“Qardaşlar arasında zaman-zaman kiçik problemlər ola bilər.
Ancaq bu, qardaşlığımızın pozulmasına, araya soyuqluq girməsinə səbəb ola bilməz. Türkiyə-Azərbaycan qardaşlığının pozulması mümkün deyil”.
Bu sözləri Bakıda APA-ya açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan dostluq qrupunun sədri Mustafa Kabakçı deyib. Hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü olan M. Kabakçı bildirib ki, Ermənistanla imzalanmış protokolların təsdiqlənməsi üçün parlamentə təzyiq göstərilməsi mümkünsüzdür: “Mən parlamentin üzvüyəm. Qarabağ məsələsində irəliləyiş olmadan protokolların təsdiqlənməsi ehtimalını görmürəm. Türkiyədəki və parlamentimizdəki ümumi qənaət budur. Ermənistan ən azı işğal etdiyi bölgələrdən bir qismini boşaltmalıdır”.
M. Kabakçı protokolları imzalamaqla Qarabağ məsələsini dünyanın gündəminə gətirdiklərini söyləyib: “Protokollar imzalanarkən masanın arxasında dayanan Minsk Qrupunun həmsədr ölkələri indi vəzifələrini yerinə yetirmək məcburiyyətindədir. Onlar işğal altındakı Azərbaycan torpaqlarının geri qaytarılmasını təmin etməlidir. Bu məsələdə irəliləyiş Türkiyə ictimaiyyətini rahatladacaq. İrəliləyiş olmazsa, mən bu protokolların parlamentdən keçməsinin mümkün olmadığı qənaətindəyəm. Buna da əminəm”.

Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45