“Ermənilər əvvəlcə 5, sonra 2 rayonu və Dağlıq Qarabağı boşaltmalıdır”
Bu fikirlər ABŞ Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin əməkdaşına məxsusdur
Qazaxıstan Xarici İşlər Nazirliyində “Qazaxıstanın ATƏT-ə sədrliyi: tövsiyələr və imkanlar” adlı beynəlxalq konfrans keçirilib.
APA-nın Qazaxıstan və Mərkəzi Asiya üzrə müxbirinin məlumatına görə, konfransda Qazaxıstanın rəsmi şəxsləri, ekspertləri ilə yanaşı, ABŞ-dan gələn nüfuzlu politoloq və alimlər, Qazaxıstanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri də iştirak edib.
ABŞ Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Yanuş Buqay, Ceymstaun Fondunun eksperti Vladimir Sokor, Karnegi Fondunun əməkdaşı Marta Olkott və digərləri çıxışlarında Qazaxıstanın Qafqazdakı münaqişələrin, bölgədə enerji və tranzit problemlərinin həllində mühüm rol oynaya biləcəyini vurğulayıblar.
APA-nın müxbirinin “Qafqazdakı konfliktlər və Qarabağ probleminin həllinə neçə yanaşılmalıdır” sualına M.Olkott belə cavab verib: “Mən düşünürəm ki, Qazaxıstan ATƏT-ə sədrlik edəcəyi vaxt ərzində bu problemin də həllinə çalışacaq. Ancaq bir həqiqət var ki, Azərbaycan və Ermənistan da problemin həlli üçün diplomatik yol tapmalıdır”.
Vladimir Sokor isə hesab edir ki, Qazaxıstan Qarabağ probleminin həllinə nail ola bilməz. O, APA-ya açıqlamasında Amerika, Rusiya və ATƏT-in kökü çox dərinə gedən Qarabağ münaqişəsi ilə uzun illərdir məşğul olduqlarına diqqət çəkib: “Qazaxıstanın ATƏT-ə sədrlik edəcəyi zaman kəsiyində də problemin həllinə nail olmaq çox çətindir”.
Hazırda Amerika, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan arasında ikitərəfli və çoxtərəfli danışıqlar getdiyini xatırladan ekspert ATƏT-in öz gündəliyi olduğunu da bildirib: “ATƏT-in qənaətinə görə, bu problemin həllinə nail olmaq üçün əvvəlcə Ermənistan və Türkiyə arasındakı əlaqələr normalaşmalıdır. Bunun əsasında da Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi dayanır. Bildiyimizə görə, Türkiyə 1994-cü ildə Ermənistan hərbi birləşmələrinin Azərbaycan torpaqlarını işğal etməsindən sonra sərhədi bağlayıb. İndi danışıqlar gedir ki, Türkiyə öz qapılarını açsın. Lakin bunun əvəzində gərək erməni hərbi birləşmələri əvvəlcə Dağlıq Qarabağ ətrafında işğal etdikləri 5 rayondan, sonra daha 2 rayondan və Dağlıq Qarabağ Muxtar Vilayətindən çıxsın. Hansı ki, həmin ərazilərdən 1 milyona yaxın azərbaycanlı məcburi köçkün düşüb, azərbaycanlılara qarşı etnik təmizlik aparılıb. Əlbəttə, bunlar qarşıda duran çətin vəzifələrdir. Türkiyə qapılarını 5 rayon qaytarıldıqdan sonra aça bilər. Yəni əsas şərt ondan ibarətdir ki, Türkiyənin sərhədi açması ilə eyni anda Ermənistan da işğal etdiyi rayonlardan 5-ni dərhal geri verməlidir. Bu məsələlər həll edilərkən Ermənistana prioritet vermək olmaz. Belə fikirləşmək yanlışdır ki, biz qapıları açaq, sonra torpaqlar geri qaytarılsın. Bu addımı atmaq yanlış olar”.

401