Azərbaycan və Litva arasında biznes-forum keçirilir
Lent.az-ın məlumatına görə, biznes-forumda Milli Məclisinin sədri Oqtay Əsədov da iştirak edib. O, tədbirdə çıxış edərək, Azərbaycan və Litva arasında əlaqələrin bütün istiqamətlərdə inkişafından danışıb. Spiker qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi yüksələn xətlə inkişaf edir. Onun sözlərinə görə, biznes-forumda aparılan müzakirələr gələcəkdə birgə müəssisələrin yaradılmasına, qarşılıqlı investisiya proqramlarının həyata keçirilməsinə və iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsinə imkan yaradacaq.
Litva Seyminin sədri İrena Dyaqutene də biznes-forum iki ölkə arasında mövcud əlaqələri dərinləşdirəcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, Litva hökuməti bu ölkənin biznes təcrübəsinin və işgüzar əlaqələrin Azərbaycanda genişlənməsində maraqlıdır.
Tədbirdə Azərbaycan və Litvanın biznes və investisiya imkanlarına dair təqdimat keçirilib.
Xatırladaq ki, biznes-forumdan əvvəl fevralın 8-də Litva Seyminin sədri İrena Dequtienenin başçılıq etdiyi nümayəndə heyəti ilə prezident İlham Əliyev, baş nazir Artur Rasizadə və Milli Məclisinin sədri Oqtay Əsədov arasında ayrı-ayrılıqda görüşlər keçirilib.
Elxan SALAHOV

Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində zərər çəkmişlər məhkəmədə ifadə verdilər
18 iyul 2025 , 20:53
Azərbaycan MDB-nin Moskvadakı iclasından imtina etdi
18 iyul 2025 , 14:30
Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08