ABŞ Qarabağda müharibədən ehtiyatlanır
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində iştirak etməkdən kənarda qalmaq niyyətində deyil və bu məsələ ilə bağlı Rusiya ilə sıx əlaqə saxlamağı planlaşdırır.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordon söyləyib.
Filipp Qordon deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv rol oynayır: “Biz Rusiyanın aktivliyini alqışlayırıq və Moskva ilə bu məsələdə sıx əməkdaşlıq etməyə hazırıq”. O, ABŞ-ın münaqişənin həlli prosesində yetərincə iştirak etmədiyi barədə fikirlərlə də razılaşmayıb: “Biz münaqişənin tərəfləri və ATƏT-in Minsk qrupunun sədrləri ilə sıx əlaqə saxlayırıq. ABŞ da Rusiya və Fransa kimi münaqişənin tənzimlənməsi istiqamətində nəticə əldə olunmasında maraqlıdır. Dövlət katibi Hillari Klinton bu ilin iyulunda Azərbaycan və Ermənistana səfər edib, situasiyanı izləyir, daim bu məsələ ilə bağlı məlumatlandırılır”.
Filipp Qordon qeyd edib ki, ATƏT-in Astana sammitində Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olub, ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyi ilə birgə bəyanatla çıxış edib. O, ABŞ-ın təmas xəttində atəşkəsin pozulması hallarından da narahat olduqlarını dilə gətirib: “Biz ziddiyyətlərin əvvəlki kimi qalmasına görə təhlükənin artmasından, son dövrlər regionda baş verənlərdən narahatıq. Bu, təhlükəli vəziyyətdir və nəticə əldə olunması istiqamətində səylərimizin gücləndirilməsini zəruri edir”.

Oxşar yazılar

Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri ilə öldü - MƏHKƏMƏ
2 may 2025 , 14:14
Bakıda media ilə bağlı FORUM KEÇİRİLİB
2 may 2025 , 11:10
Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında
2 may 2025 , 02:35
Ermənistanın Qaradağlı kəndini işğal etməsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu
1 may 2025 , 22:42
Leyla Əliyeva və Arzu Əliyeva Polad Həşimovun evində oldular
1 may 2025 , 22:14
Prezidentdən Kamran Əliyevlə bağlı SƏRƏNCAM
1 may 2025 , 16:37
Kamran Əliyev yenidən baş prokuror oldu - YENİLƏNİB
1 may 2025 , 11:15