“Astana sammitində münaqişələrin həlli ilə bağlı prinsipial bəyanatların səslənməsinə nail olmuşuq”
“ATƏT-in Astana sammiti çərçivəsində münaqişələrin həlli ilə bağlı prinsipial səviyyədə müvafiq bəyanatların səslənməsinə nail olmuşuq”. APA-nın Astanaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov söyləyib. Onun sözlərinə görə, Astana sammitinin yekun sənədində münaqişələrin nizamlanmasının əsas prinsipləri əks olunmayıb, lakin sammit çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev tərəfindən xüsusi bəyanat verilib ki, burada da Helsinki Yekun Aktının prinsipləri əks olunub.
Araz Əzimov bu bəyanatın Azərbaycanın xeyrinə olduğunu deyib: “Bəzi dövlətlərin tutduğu mövqe sammitin sənədlərində münaqişələrin həllinin kökündə duran əsas prinsiplərin təsbit olunmasına imkan vermədi. Çünki ATƏT konsensus əsasında fəaliyyət göstərən təşkilatdır və biz əsas məqsədimizə nail olmaq üçün bütün addımlarımızı atmışıq. Amma münaqişələrə dair ümumi, lakin prinsipial səviyyə daşıyan müvafiq bəyanatlara nail olmuşuq. Bundan başqa, Azərbaycanın xahişi ilə Qazaxıstanın xarici işlər naziri ATƏT-in sədri qismində sammitin yekununda əlavə bəyanat verib ki, bu bəyanat da sammitin rəsmi sənədi kimi qəbul olunur. Bəyanat həlli uzadılmış münaqişələrin nizamlanması prinsipləri ilə bağlıdır. Burada münaqişələrin həlli üçün əsas götürülən prinsiplər sadalanıb və təsdiqlənib ki, bu prinsiplər 1975-ci ildə necə vacib və hüquqi qüvvəyə malikdirsə, 2010-cu ildə də eyni qüvvə malikdir. Bütün bu prinsiplər bir-biri ilə bağlıdır və eyni şəkildə yerinə yetirməlidir. Bu bəyanat bizim maraqlarımıza uyğun gəlir, çünki öncə münaqişənin həlli üçün təklif etdiyimiz əsas prinsiplər ondan ibarətdir ki, Azərbaycan ölkənin ərazi bütövlüyü çərçivəsində ermənilərə muxtariyyət verəcək modelin işlənməsinə razılıq verib və Helsinki Yekun Aktında qeyd olunduğu kimi müqəddəratı təyin etmək hüququ ərazi bütövlüyü prinsipini pozmadan, onunla harmoniya şəklində həyata keçirməlidir”.
A. Əzimov qeyd edib ki, 1999-cu ildən sonra ATƏT-in sammitlərin keçirilməməsinin əsas səbəbi Avroatlantika məkanında əsas güc mərkəzlər arasında ziddiyyətlərin və siyasi narazılıqların mövcudluğu olub: “Bu narazılıqlar səbəbindən ATƏT-də ümumi gündəliklə bağlı konsensus əldə olunmurdu. Beləliklə, 1999-cu ildən keçən 11 il ərzində yeni mövzular və yeni istiqamətlər axtarılırdı. 1975-ci ildə yaranmış və daha sonra bir prosesdə təşkilata çevrilən ATƏT strukturu 35 il ərzində bir inkişafda olan prosesin başlanğıcında duran əsas iki qüvvə arasında əlaqələr qurub. 1975-ci ildə əsas sənəd kimi qəbul olunan Helsinki Yekun Aktı özündə bir çox məqamları ehtiva edir. Amma diqqəti daha çox cəlb edən "dekaloq" adlandırılan prinsiplər toplusudur. Bu prinsiplərin mahiyyəti - dövlətlər arasında əlaqələrin tənzimlənməsini və bu əlaqələrin hansı meyarlar əsasında müəyyənləşdirilməsini nəzərdə tutur. ATƏT-in Astana sammitinin əsas konseptual yeniliklərdən biri budur ki, ATƏT məkanında yenidən ikiqütblülük əmələ gəldi - Avroatlantika və Avrasiya. Bu keçmişə köklənən bir yenilikdir və gələcəkdə belə yanaşmanın daha mənfi nəticələri meydana çıxa bilər”.

1068