Stratfor APA-nın baş direktoru Vüsalə Mahirqızının parlament seçkiləri ilə bağlı məqaləsini yayıb
Azərbaycanın yeni parlamenti formalaşdı. Keçirilmiş seçkilərdə parlament çoxluğunu əvvəldən də proqnozlaşdırıldığı kimi prezident İlham Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyası qazandı.
Parlament azlığında qalan bitərəflərin də bir qismi hakimiyyətə loyal münasibəti ilə seçilənlərdir. Bu seçkilərdə Yeni Azərbaycan Partiyasından başqa, daha 9 partiya parlament təmsilçiliyi qazanıb. Amma onların ən çox mandat qazanan Vətəndaş Həmrəyliyi Partiyası 3 mandat ala bilib.
Yeni parlamentdə təmsil olunmuş müxalifət partiyaları hökumətə xüsusi aqressiyası ilə seçilmirlər. Rəsmi nəticələrə görə, daha radikal olan, daha çox 1992-93-cü illərdə hakimiyyətdə təmsil olunmuş şəxslərin toplaşdığı AXCP-Müsavat seçki bloku isə parlamentdə bir mandat belə qazanmayıb. Əksinə, Müsavat Partiyası bundan əvvəlki parlamentdə sahib olduğu 4 mandatı da itirib. Hətta müxalifətin qeydə alınmış bütün namizədləri seçkidə qələbə qazansaydılar belə, yenə də parlament çoxluğunu əldə edə bilməzdilər.
Yeni parlamenti formalaşdıran seçkilər sakit şəraitdə keçib. Bu seçkiləri əvvəlkilərdən fərqləndirən əsas cəhət bütün siyasi cinahların seçkidə aktivlik göstərmələri, seçkiyə ictimai etimadın olmasında idi. Bu, Azərbaycan tarixində hər hansı siyasi qüvvə tərəfindən boykot olunmadan keçirilmiş ilk seçkilərdir.
Seçki vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq ictimaiyyətin nəzarəti altında keçib. Azərbaycandakı seçkiləri 47 min müşahidəçi izləyib. Bunlardan 1084 nəfəri beynəlxalq müşahidəçilər olub. Həmin müşahidəçilərdən 640 nəfəri isə regional müşahidəçilər (MDB Parlament Assambleyası, Türk PA və s.) idi. Xüsusi vurğulamaq lazımdır ki, yerli müşahidə missiyalarının əksəriyyəti tanınmış beynəlxalq təşkilatların qrant
layihələri çərçivəsində monitorinq aparırdı.
Müxalifət partiyalarının fikirlərinə, prosesi müşahidə edən yerli və beynəlxalq təşkilatların müşahidəçilərinin rəylərinə əsaslansaq, seçki dairələrinin təxminən 90 faizində prosesin normal keçdiyi barədə qənaətlər var, 10 faiz dairədə isə seçki pozuntuları aşkarlanıb. Azərbaycanın seçki komissiyası seçki qanunvericiliyinin ən müxtəlif tələblərinin pozulduğu dairələrdən gələn protokolların araşdırmasına başladığını açıqlayıb.
Hökumət isə seçki şikayətlərinin araşdırılacağını, pozuntu baş vermiş məntəqələrdə nəticələrin ləğv ediləcəyinə təminat verdiyini bəyan edib.
Parlament seçkiləri əvvəldən də proqnozlaşdırıldığı kimi xüsusi sürprizlə yadda qalmadı. Beynəlxalq təşkilatların ilkin rəylərində də qeyd olunduğu kimi seçki texniki cəhətdən yaxşı təşkil olunmuşdu. Amma ümumən ictimai rəydə ciddi seçki müzakirələri yox idi. Əhali bu seçkiyə “həyat əhəmiyyətli məsələ” kimi baxmırdı.
Məsələn, seçki günü Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttindəki döyüşdə öldürülmüş və meyiti 2 aydan artıq Ermənistanda saxlanılmış iki Azərbaycan hərbçisinin dəfn mərasimi keçirilib. Seçki məntəqələri qarşısında xüsusi izdiham müşahidə eləyə bilməyənlər hərbçilərin dəfn mərasimində on minlərlə insanı görə bilərdilər. Bu bir daha göstərir ki, Azərbaycan ictimai rəyində seçki və ya başqa bir siyasi proses Dağlıq Qarabağ münaqişəsindən önə keçə bilmir.

535