"Real" Çempionlar Liqasının 3-cü turunda "Yuventus"la oyunda 1:0 hesabı ilə qələbə qazanıb.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, bu qarşılaşma "Real"ın 33 yaşlı qapıçısı Tibo Kurtua üçün 300-cü olub.
Məlumata görə, bu, Kurtua bu oyunların 119-da qapısından qol buraxmayıb.
Bu, futbol tarixində 4-cü göstəricidir.
Belə oyunlarda yalnız İker Kasilyas (725-dən 264-ü), Fransisko Buyo (456-dan 182) və Migel Anxel (346-dan 133-ü) daha çox xal toplayıb.
Faiz baxımından Kurtua oyunlarının 39,7 faizini qol buraxmadan saxlayaraq ikinci yerdədir. Yalnız Buyo daha yaxşı rekorda sahibdir, 39,9 faizlə.