Azərbaycanın Hərbi Doktrinası qəbul olundu
Lent.az-ın məlumatına görə millət vəkili Fazil Mustafa layihə haqqında səslənən təkliflərin sənəddə əks olunmasının mümkünlüyünü soruşub: “Burada səslənən fikirlərin sənəddə əks olunması mümkündürmü?”
Layihənin əleyhinə çıxan millət vəkili Pənah Hüseyn layihəni ümumi adlandırıb: “Yalnız demokratik ölkələr müharibədə qalib gəlir. Ona görə də hərbi doktrinaya salmaq lazımdır ki, bizim inkişaf yolumuz demokratiyadan keçir. Sənəddən kamil sənəd kimi danışmaq mümkün deyil. Mən sənədin əleyhinə səs verəcəyəm”.
Ona cavab olaraq çıxış edən spiker Oqtay Əsədov “mən şübhə etmirdim ki, sən sənədin əleyhinə səs verəcəksən. Sənəd müdafiə xarakteri daşıyır. Sən bu komitənin üzvüsən və burada müzakirələrin iştirakçısı qismində müdafiə nazirinin müavini əyləşib istədiyin sualları ona ünvanlaya bilərsən”.
Millət vəkili Pənah Hüseynin fikirləri ilə razılaşmayan YAP-çı millət vəkili Siyavuş Novruzov “ümumiyyətlə Azərbaycan demokratik ölkədir. Ona qalsa, siz də özünüzü demokratik sayırdız, ancaq 1992-ci ildə torpaqları düşmənə verdiz” – deyib.
Millət vəkili Qüdrət Həsənquliyev isə S.Novruzovun axırıncı söylədiklərinə etiraz edib: “Həmin vaxt düşmən güclüydü, onlar Moskvanın gücüylə torpaqları bizdən alıblar”.
Q.Həsənquliyev gələcəkdə bu mövzuda çıxış edərkən, qeyd olunan məsələyə həssaslıqla yanaşılmasının zəruri olduğunu deyib.
Q. Həsənquliyev ölkənin təhlükəsizliyinə cavabdeh olan qurumların nümayəndələri iştirak etmədiyinə diqqət çəkib: “Yalnız müdafiə nazirinin müavini burada iştirak edir ki, o da kadr məsələləri üzrə müavindir. Müzakirələr olunan sənəddən bəlkə anlayışı da yoxdur”.
Millət vəkili Qənirə Paşayeva layihənin mükəmməl olduğunu deyib. O bildirib ki, bu sənəd Azərbaycanın mesajlarının çatdırılması üçün önəmlidir. Q.Paşayeva burada əks olunan məsələlərin gələcəkdə qəbul ediləcək qanunlarda da əksini tapacağını dilə gətirib.
Müzakirələrin davamında millət vəkilləri Aydın Həsənov, Nazim Məmmədov, Mirkazım Kazımov, Nəsib Nəsibli, Arzu Səmədbəyli, Əli Əhmədov da çıxış edib.
İki saatlıq müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.
Pərvin

693