İqbal Ağazadə: “Lalə Şövkət məyusluğa qapılmasın” - MÜSAHİBƏ
Son dövrlər Müsavat Partiyası və Ümid Partiyası arasında münasibətlər gərginləşməkdədir. Müsavat başqanı İsa Qəmbər müsahibələrində ALP lideri Lalə Şövkətin də bostanına ara-sıra daş atır. Ümumən müxalif düşərgədə hazırda nə baş verir, bunlar nə dərəcədə 2010-cu ilin payızında keçiriləcək parlament seçkilərinə hesablanıb? Bu yöndə suallarımızı cavablandıran İqbal Ağazadənin İsa Qəmbərə məsləhəti var...
- İqbal bəy, bələdiyyə seçkilərinin yekunlarını necə qiymətləndirirsiniz?
- Azərbaycan Avropa Şurasına daxil olarkən, Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı və Yaxın Qonşuluq siyasəti çərçivəsində müqavilələr imzalayarkən demokratik seçkilərlə bağlı üzərinə öhdəliklər götürüb. Bu öhdəlik və standartlara uyğun seçki keçirilmədi, o cümlədən Azərbaycan xalqının iradəsini əks etdirən nəticələr ortada olmadı. Bu, bizi çox məyus etdi.
- Parlament seçkilərinə partiyanızın hazırlığı necə gedir?
- Parlament seçkilərinə bələdiyyə seçkilərindən dərhal sonra start vermişik. Müəyyən proqramlarımız hazırlanıb. Həm Azərbaycan müxalifətinin geniş koalisiyasının qatıla biləcəyi seçkidə partiyanın yeri, həm də partiyanın parlament seçkilərində təkbaşına gedəcəyi durumla bağlı proqram işlənilib. Hələlik bu gün partiyalarla müəyyən danışıqlar gedir. Amma daxildə təkbaşına parlament seçkilərinə hazırlıqla da bağlı ciddi işlər aparılır.
- Hazırda ümumən müxalifət daxilində baş verənlər nə dərəcədə parlament seçkilərinə hazırlığa hesablanıb?
- Ümumi götürmək bir qədər çətindir. Çünki ümumi birlik yoxdur. Ümumi birlik yoxdursa da, fərdi yanaşma var. Biz bələdiyyə seçkilərinin nəticələrini təhlil etdik. Bələdiyyə seçkilərində buraxdığımız səhvlər, hakimiyyətin yanaşmasındakı yeni üsullar və seçkinin nəticələrinin saxtalaşdırılmasında tətbiq olunan variantlar üzərində düşünürük.
Xatırladım ki, Ümid Partiyasının üzvləri bələdiyyə seçkilərində 300 mindən artıq səs alıblar. Bu, çox böyük nəticədir, seçkilərdə iştirak edənlərin 1/3-nin səsi deməkdir. Çox az adam seçilməyinə baxmayaraq, bu, kifayət qədər ciddi səsdir. Elə bələdiyyə subyektləri var ki, üzvlərimizin bəziləri 10 mindən yuxarı səs alıblar. Hətta 17 min səs alan namizədlərimiz var. Azərbaycan müxalifətinin nəinki bələdiyyə seçkilərində, hətta parlament seçkilərində iştirak edən üzvlərinin içərisində belə mən də daxil olmaqla, bu qədər səs alan namizədləri olmayıb. Ümumi birlik olmamasına rəğmən, partiya birliyi çərçivəsində namizədlərimizin seçkilərdə iştirak imkanları və bu proseslərin partiyanın parlament seçkilərində iştirakına nə dərəcədə təsir edəcəyi daha çox araşdırılır.
- Siz məqalələrinizin birində Müsavat-AXCP birliyi ideyası ilə çıxış edəndən sonra bu birlik modeli gündəmə gəldi, ancaq Müsavat və Ümid Partiyasının münasibətlərində gərginlik yaşanmağa başlandı. Bu, təsadüfdür, yoxsa...
- Hər bir təsadüfdən zərurət doğur. Mən, sadəcə, Müsavat-AXCP birliyinin bir fikir kimi irəli sürüləcəyini əvvəlcədən proqnozlaşdırdım və onun arxasında nələrin durduğunu cəmiyyətə çatdırdım. Ola bilər ki, həmin dövrdə kimsə bunu İqbal Ağazadənin bir düşüncəsi, proqnozu kimi qəbul etdi, reallaşacağını o qədər doğru saymadı. Amma müəyyən zaman keçəndən sonra strategiyanın və taktikanın yazıda olduğu kimi həyata keçirildiyinin hər kəs şahidi oldu. Bundan sonra nələrin necə olacağı barədə artıq proqnoz verməyə ehtiyac yoxdur. Çünki həmin yazıda göstərilib. İndi hadisələri izləmək lazımdır. Hadisələri izləyirik.
Müsavat Partiyası və Ümid Partiyasının arasındakı münasibətlərə gəlincə, mətbuatda da açıqlanan və hər kəsə məlum olan səbəbdən Müsavat Partiyası ilə əməkdaşlıq bu mərhələdə dayandırılıb. Növbəti mərhələdə Müsavat Partiyası ilə əməkdaşlığın perspektivləri barədə hələlik düşünmürük. Düşünməməyimizin səbəbi onda deyil ki, biz Azərbaycan müxalifətinin geniş koalisiyasının, yaxud təmərküzləşməsinin tərəfdarı deyilik. Sadəcə, biz iddialar və şərtlər çərçivəsində əməkdaşlığı məqbul hesab etmirik. Bu, əməkdaşlıqdan daha çox növbəti mərhələdə qarşıdurmaya səbəb ola bilər. Biz isə qarşıdurma yaranmasından daha çox müxalifət daxilində fikir birliyinin olmasının tərəfdarıyıq. Hesab edirik ki, bu halda demokratik cəmiyyət quruculuğuna daha böyük töhfə vermək mümkündür. Yox, əgər bir araya gələ bilmiriksə, bir arada deyiliksə, ən azı qarşılıqlı ittihamlar irəli sürməklə onsuz da az olan qüvvələri parçalamağa ehtiyac yoxdur. Müxalifət daxilində qarşılıqlı iddiaların səsləndirildiyi bir vaxtda cəmiyyətin narahatçılığına səbəb olan prosesə ciddi reaksiya verib, onun içərisində olmaq istəmirik. Demokratik cəmiyyət quruculuğu istiqamətində partiya işi ilə daha çox məşğuluq.
- Yeri gəlmişkən, İsa Qəmbər son müsahibələrində Lalə Şövkətə ünvanlanmış sərt ifadələr işlədir. Əvəz Temirxan da buna sərt reaksiya verib. Prosesləri müşahidə edən biri kimi İsa Qəmbər-Lalə Şövkət münasibətlərindəki problemlərin nədən qaynaqlandığı qənaətindəsiniz?
- Siyasi prosesdə qadınların iştirakının və lider olmasının çətinliklərini bilirəm. Lalə Şövkət də bu proseslərdə nə onun haqqında deyilənlərə, nə də ictimai rəyə ötürülən informasiyalara ciddi diqqət yetirməsin, Bənəzir Bhuttonu xatırlasın. Bənəzir Bhutto siyasətə gələrkən, hətta mühacirətə gedərkən də haqqında çox şeylər deyildi. Amma bu gün Bənəzir Bhutto Pakistanın demokratiya simvollarından birinə çevrilib. Mən inanıram ki, Lalə xanım apardığı mübarizə ilə Azərbaycan xalqının və cəmiyyətinin demokratikləşməsinin simvollarından birinə çevriləcək.
Mən bilmirəm, Müsavat Partiyası niyə hədəf kimi Lalə xanımı seçib, yaxud, ümumiyyətlə, seçməyib. Bu barədə fikir yürüdə bilmərəm və öz fikirlərimi, qənaətlərimi də paylaşmaq niyyətində deyiləm. Amma hesab edirəm ki, Lalə xanımın fəaliyyətini, onun Azərbaycan demokratiyasına, cəmiyyətin demokratikləşməsinə verə biləcəyi töhfəni heç kim unutmamalıdır. Lalə xanım da bundan məyusluğa qapılmamalıdır. İnanıram ki, tarixdə Azərbaycanın demokratikləşməsindən söhbət açılanda Lalə xanımın adı ilk sıralarda olacaq və Azərbaycan xanımları içərisində önəmli mövqeyi ilə seçiləcək. Ona görə də bu konfliktlərin mahiyyətinə və niyə baş verməsinə aydınlıq gətirmədən, şəxsi qənaətlərimi bölüşmədən Lalə xanıma bu yolda uğurlar və can sağlığı arzulayıram.
- Son vaxtlar Əbülfəz Elçibəyin ölümündə hansısa müəmmaların olması barədə açıqlamalar verilir. İsa Qəmbər deyib ki, Elçibəyin ölümü ilə bağlı hansısa faktlar varsa, açıqlanmalı və hüquq-mühafizə orqanlarına təqdim edilməlidir. Siz bu fikirlə razısınız?
- Cinayət hadisəsi baş veribsə, bu, fərdin azadlığına, şəxsiyyəti əleyhinə yönəlibsə, təbii ki, bu faktlar təqdim olunmalıdır. Amma İsa Qəmbərin müsahibəsinin ümumi ruhunda bir şey vardı və o məni daha çox narahat etdi. Dövləti cinayətdən danışılır. Cinayətlər də kateqoriyalara bölünür. Şəxsiyyət, dövlət əleyhinə olan cinayətlər var. Dövlət əleyhinə cinayətlər ağır cinayətlər kateqoriyasına aiddir. Şəxsiyyət əleyhinə olan cinayətlərdən bir qismi bu müstəvidədir. Çünki hər bir şəxsin hüquqlarını, mənafelərini müdafiə edən bir dövlət var. Mən Əbülfəz Elçibəyin ölümü ilə bağlı hər hansı fakt, ortada ciddi arqument varsa, İsa Qəmbərin dediyi kimi hüquq-mühafizə orqanlarına təqdim olunmasının tərəfdarıyam. Bu, çox doğru yanaşmadır. Amma eyni dərəcədə kimlərinsə əlində kiminsə xarici dövlətlərə, agentura sistemlərinə işləməsi barədə məlumatı varsa, çox ciddi şəkildə bununla bağlı mətbuata açıqlama verirsə, üstüörtülü eyhamlarla danışırsa, bu, Əbülfəz Elçibəyin ölümü ilə bağlı veriləcək məlumatdan min dəfələrlə mühümdür və həmin fakt dərhal hüquq-mühafizə orqanlarına təqdim olunmalıdır. Çünki söhbət bir şəxsdən deyil, bütövlükdə Azərbaycan dövlətindən gedir.
Ramiz Mikayıloğlu

1113