Hüquq müdafiəçiləri prezidentə müraciət etdilər
Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri prezident İlham Əliyevə müraciət ediblər. Bu barədə APA-ya qrup üzvü Səidə Qocamanlı məlumat verib.
Hüquq müdafiəçisi deyib ki, müraciətdə Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanmasının ənənəyə döndüyü qeyd olunub: “Biz sizdən xahiş edirik ki, qarşıdan gələn bayramlar ərəfəsində bu ənənəyə sadiq qalıb əfv sərəncamı imzalayasınız ” .
S. Qocamanlı məktubda Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsinin, “Tolışi-sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun, cəzasının böyük hissəsini çəkmiş xəstə məhkumların və Monitorinq Qrupu üzvləri tərəfindən hazırlanan siyahıda adları olan şəxslərin azadlığa buraxılmasının xahiş olunduğunu bildirib.

Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35