Ermənistanın Azərbaycana vurduğu maddi ziyan hesablanır
0
0
Lent.az-ın verdiyi məlumata görə, bunu millət vəkili, Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının İdarə Heyətinin üzvü Xanhüseyn Kazımlı söyləyib.
Xanhüseyn Kazımlı deyib ki, beynəlxalq qiymətləndirmə standartları əsasında aparılan hesablamaları xarici ekspertlər həyata keçirəcək. Qiymətləndirmə bütün sahələri əhatə edəcək, insanlara, dövlətə dəyən maddi ziyan, turizm potensialından, yeraltı və yerüstü sərvətlərdən, çay-su hövzələrindən istifadə edilməkdən məhrum olunması və meşə örtüyünə dəyən ziyan nəticəsində ayrı-ayrılıqda hesablanacaq. Onun sözlərinə görə, hazırda qüvvədə olan beynəlxalq qiymətləndirmə standartları var. Bu dəyərləndirmə həmin standartlar əsasında aparılacaq: “Mən Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının İdarə Heyətinin üzvüyəm. Qurumun may ayında keçirilən iclasında iki dövlət arasında baş verən münaqişə zamanı ölkələrə dəyən ziyan, itki və tələfatların qiymətləndirilməsinin qaydalarının, metodlarının və yanaşmalarının müəyyənləşdirilməsi haqda məsələ qaldırdım. Təklif etdim ki, bu normalar beynəlxalq qiymətləndirmə standartlarında əks olunsun. Həmin dövrdə təklifim qəbul olundu. Belə qərar gəlindi ki, dövlətlərarası münaqişə zəminində baş verən itki və tələfatların hesablanması zəruridir. Çünki dünyada münaqişələrin sayı artır. İtki və tələfatların hesablanması üçün təklif olunan normaların beynəlxalq qiymətləndirmə standartlarına daxil edilməsi üçün Azərbaycan layihə hazırlasın. Sonra isə layihə müzakirə olunsun. Artıq layihə hazırlanıb və dekabrın 11-də Moskvada Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasına təqdim olunub. Qərara gəlindi ki, bu normalar beynəlxalq qiymətləndirmə standartlarına daxil edilsin. Qurumun növbəti nəşrində bu normalar dərc olunacaq. Hesab edirəm ki, bu Azərbaycanın uğurudur”.
Xanhüseyn Kazımlı bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ölkəmizin məruz qaldığı itki və tələfatların beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq hesablanması, qiymətləndirilməsi, müzakirə və təsdiq olunması üçün müvafiq sənədi beynəlxalq ekspertlərə təqdim edib: “Onlar bu sənədlərə baxırlar, rəylərini bildirəcəklər. Ola bilər ki, bura müəyyən əlavələr olsun. Proses yekunlaşandan sonra bunun müxtəlif ölkələrdə təqdimatlarını keçirəcəyik. Belə bir qiymətləndirmə gələcəkdə Ermənistana qarşı maddi təzminat iddialarının qaldırılması üçün çox vacibdir. Bundan başqa, Azərbaycanda da bu proses gedir. Bunun üçün könüllülərdən ibarət İşçi Qrup yaradılıb. İşçi Qrupuna müxtəlif sahələri təmsil edən ekspertlər daxildir. Artıq xeyli iş görmüşük. Bu işlər Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun çağırışları əsasında aparılır”.