Qənirə Paşayeva Hollandiyadakı Türk Federasiyasında olub - FOTO
0
0
Millət vəkili Qənirə Paşayeva 500 mindən artıq türkün yaşadığı Hollandiyada ən böyük təşkilatlardan biri olan Türk Federasiyasını ziyarət edib. Lent.az-ın məlumatına görə, Hollandiya Türk Federasiyasının sədri Murat Gediklə görüş zamanı millət vəkili Q. Paşayeva bildirib ki, dünyanın hər yerində, o cümlədən Hollandiyada yaşayan türk kökənli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.
Q. Paşayeva Hollandiyada və Avropada fəaliyyət göstərən Türk diaspor təşkilatlarının Azərbaycan, Türkiyə və ya digər Türk dövlət və toplumlarından gəlməsinə baxmayaraq koordinasiya olunmuş şəkildə bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini xüsusi diqqətə çatdırıb.
Görüşün sonunda millət vəkili Q. Paşayeva Hollandiya Türk Federasiyasına Azərbaycan həqiqətlərinə dair materialları hədiyyə edib. Görüşdə Benilüks Azərbaycanlıları Konqresinin sədri Sahil Qasımov və təşkilatın üzvləri də iştirak edib.