Söyün Sadıxov partiya yaradır
0
0
Dekabrın 10-da Rusiya prezidenti Vladimir Putin öz səlahiyyətli nümayəndələri ilə görüşüb və onların səlahiyyət müddətini 2018-ci ilə qədər uzadıb.
Lent.az-ın salamnews.org-a istinadən verdiyi məlumata görə, görüşdə Vladimir Putinin səlahiyyətli nümayəndəsi, Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya Azərbaycanlıları İttifaqının təsisçilərindən olan Söyün Sadıxov da iştirak edib.
Vladimir Putin səlahiyyətli nümayəndələrinin prezident seçkiləri öncəsi verdiyi vədlərin reallaşmasına çalışmasını istəyib. Rusiya prezidenti səlahiyyətli nümayəndələri ilə hər il iki belə görüşün keçiriləcəyini bildirib. Eyni zamanda Vladimir Putinin səlahiyyətli nümayəndələri ayda bir dəfə Prezident Administrasiyasının rəhbəri və nazirlərlə görüşəcək.
Söyün Sadıxova prezidentin seçkiqabağı proqramındakı milli və iqtisadi blokdakı məsələlərdə iştirak etmək tapşırılıb. Eyni zamanda Söyün Sadıxova təklif edilib ki, təşkilatlanma işi ilə məşğul olsun, rəhbərlik edəcəyi yeni siyasi partiyanın – Milli Vahid Rusiya Partiyasının təsis qurultayına hazırlaşsın. Söyün Sadıxov qeyd edib ki, həm Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti, həm də yeni yaradılacaq siyasi partiya ilə bağlı məsələlərə lazımi diqqət ayıra bilməyəcəyi üçün dekabrın 31-dək Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin Rəyasət Heyəti qurumun yeni prezidentini seçməlidir.