Tomas Melianın Azərbaycana səfəri başa çatdı
12 dekabr 2012 13:56 (UTC +04:00)

Tomas Melianın Azərbaycana səfəri başa çatdı

0
ABŞ Dövlət Departamenti Katibinin Demokratiya və İnsan Hüquqları üzrə Köməkçisinin Müavini Tomas Melia Azərbaycana səfəri başa çatıb. ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 9-12 dekabr tarixində ölkəmizdə olan Melianın səfərinin əsas məqsədi Azərbaycanda insan hüquqları və demokratiyaya aid olan vəziyyətlə tanış olmaq idi.

Səfər zamanı cənab Melia Prezident İlham Əliyev və Xarici İşlər Naziri Elmar Məmmədyarov da daxil olmaqla Azərbaycan hakimiyyəti, parlamentinin üzvləri, müxalifət partiyalarının rəhbərləri, vətəndaş cəmiyyətinin nümayəndələri və gənc fəallarla görüşüb onlarla insan haqları və demokratiyaya aid olan məsələləri müzakirə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 814

Oxşar yazılar